Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

28 Sentyabr 2012 - №38

 

"Mən sülhə səs verirəm"

 

Sentyabrın 21-də Bakıdakı 229 nömrəli tam orta məktəbdə beynəlxalq  sülh  günü münasibətilə "Mən sülhə səs verirəm" adlı tədbir keçirildi. İştirakçılar əvvəlcə tədbirin proqramına uyğun olaraq şagirdlərin əl işlərindən ibarət  fotosərgi ilə tanış oldular. Sonra qonaqlar "açıq dərs"lərdə iştirak etdilər. Məktəbin akt zalında təşkil olunmuş tədbiri giriş sözü ilə açan direktor Fəridə Bağırova sülh günü barədə geniş məlumat verdi. Bildirdi ki, Azərbaycanda sülhün, əmin-amanlığın bərqərar olunmasında ulu öndər Heydər Əliyevin xidmətləri böyükdür. Məhz onun siyasəti nəticəsində müstəqilliyin ilk illərində ölkəmizdə hökm sürən hərc-mərcliyə, özbaşınalığa son qoyuldu və 1994-cü ildə Qarabağ müharibəsində atəşkəs elan edildi.

Tədbirin aparıcıları sülh göyərçinlərini uçuraraq müharibənin ağır fəsadları barədə məlumat verdilər. Onlar dünya ölkələrini sülhə, əmin-amanlığa çağırdılar. Yuxarı sinif  şagirdləri   "Müharibə olmasın", "Müharibə istəmirəm" və müharibəyə aid başqa şeirləri ifa etdilər. VII "b" sinif şagirdləri "Biz torpaqlarımızı tezliklə azad görəcəyik" adlı şeirlə tədbir iştirakçılarının diqqətini cəlb etdi.

Çıxış edən qonaqlar da müharibənin ağır bəlalarından danışaraq xalqımıza həmişə  sülh, dinclik şəraitində yaşamağı arzuladılar. Tədbirin sonunda Xocalıya həsr olunan  film nümayiş olundu.

Rəşad ZİYADOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov