Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

5 Oktyabr 2012 - №39

 

"Yaşıl Azərbaycan naminə" layihəsi çərçivəsində növbəti tədbir Şəkidə keçirilib

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən 2011-ci il iyulun 11-də başladılmış Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsü  İDEA Kampaniyası tərəfindən ölkə miqyaslı ekoloji maarifləndirmə tədbirləri uğurla davam etdirilir.

AzərTAc xəbər verir ki, layihə çərçivəsində növbəti tədbir sentyabrın 28-də Şəki şəhərində keçirilmişdir.  Şəhərdəki 10 və 20 nömrəli tam orta məktəblərdə VIII və IX sinif şagirdləri üçün təşkil olunan ekoloji maarifləndirmə seminarlarına ümumilikdə 120 şagird cəlb olunmuşdur.

Seminarlarda şagirdlərə dünyada baş verən ekoloji fəlakətlər, Yer kürəsinin, o cümlədən Azərbaycanın ekoloji vəziyyəti, Şəkinin təbiəti, zəngin fauna və florası barədə ətraflı məlumat verilmiş, ekoloji mühitin qorunmasının zəruriliyi, bu işdə hər kəsin üzərinə düşən məsuliyyət barədə geniş danışılmışdır. Dünyada baş verən ekoloji fəlakətlər, onların yaranma səbəbləri şagirdlərə monitor vasitəsilə əyani olaraq göstərilmişdir. Dinləyicilərə ətraf mühitlə bağlı çoxsaylı suallar verilərək onların biliyi yoxlanılmış, şagirdləri maraqlandıran suallar cavablandırılmışdır.

Seminarlarda, həmçinin İDEA Kampaniyasının humanist məqsədlərindən, getdikcə daha çox insanın, xüsusən yeniyetmə və gənclərin bu kampaniyanın həyata keçirdiyi ekoloji layihələrdə iştirakından geniş bəhs olunmuşdur.

 
 
 
Səhifənin başına qalx "Heydər Əliyev Fondu" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov