Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

5 Oktyabr 2012 - №39

 

Ömründən şagirdlərinə pay verən

 

Müəllim... Bütün  zamanların ən şərəfli, müqəddəs peşələrindən sayılıb.  Bu sözün işığı, ziyası, nuru hər birimizin ürəyinə həmişə bir rahatlıq gətirib, ruhuna öz şöləsi ilə işıq salıb. Bu müqəddəs peşə sahibləri uşaqlara, fidan balalara ilk hərfi, ilk rəqəmi öyrədərək onları gələcək həyata hazırlayırlar. Bakıdakı 54 nömrəli tam orta məktəbin müəllimi, peşəsini sevən, uşaqlarla işləməkdən zövq alan Rəna Seyidova da belə ziyalılarımızdandır.

R.Seyidova Gədəbəyin İsalı kəndində doğulub. Uşaqlara sevgi, qayğı, həssas münasibət, tükənməz sevgi onu pedaqoji universitetin ibtidai təhsilin pedaqogikası və metodikası fakültəsinə gətirib. Nümunəvi, öncül tələbə kimi ad çıxarıb, müəllim və tələbə yoldaşlarının sevimlisinə çevrilib. Əsl ziyalı xanıma xas keyfiyyətləri özünə cəmləşdirən Rəna Seyidova az keçməmiş fəaliyyətə başladığı 54 nömrəli məktəbdə də həm kollektivin, həm də uşaqların və valideynlərinin əzizi olub, onların rəğbətini və hörmətini qazanıb. 37 illik pedaqoji təcrübə müddətində bir gün də olsun tələbkarlıq, nümunəvilik, işinə məsuliyyət, yenilik, daim axtarışda olmaq hissləri onu tərk etməyib. Bu müddət ərzində o, hər bir şagirdini doğma balası kimi əzizləyərək onlara ömründən nur paylayıb addım-addım. Bölüşdürdükcə bitməyən ziyasından hər bir şagirdinə bir pay verib. Bir müəllim, ziyalı üçün bundan böyük xoşbəxtlik yoxdur əslində. Vaxt keçəcək, bu günün birinciləri -  Ərhan, Nadir, Hüseyn, Jalə, Ayxan, Cavid, Məhəmməd, Sübhan, Elgün məktəbi bitirəcək və bəlkə də çox şeyləri unudacaqlar. Amma unuda bilməyəcəkləri bircə müəllim olacaq. Onlara qələm tutmağı öyrədən Rəna müəllim.

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov