Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

5 Oktyabr 2012 - №39

 

Müsabiqəni yüksək qiymətləndirirəm

 

Son illər təhsilimizdə aparılan islahatlardan, tətbiq olunan yeniliklərdən biri də ölkəmizdə müəllimlərin mərkəzləşdirilmiş qaydada, müsabiqə yolu ilə işə qəbuludur. Artıq üçüncü ildir ki, keçirilən müsabiqə nəticəsində hər il yüzlərlə müəllim ölkəmizin bütün bölgələrində təhsil müəssisələrində sevib-seçdiyi peşə üzrə işləmək imkanı qazanır. Bu il işə yeni qəbul olunan müəllimlərdən biri də mənəm.

1987-ci il iyulun 23-də Mingəçevir şəhərində anadan olmuşam. 2005-ci ildə orta məktəbi bitirib, Bakı Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuşam. 2009-cu ildə universiteti bitirib hərbi xidmətə yollanmışam. 2010-cu ildə hərbi xidmətdən qayıtdıqdan sonra təyinatım üzrə Gədəbəy rayonunun Hacılar kəndində fizika müəllimi işləmişəm. Ailə vəziyyətimlə əlaqədar işdən çıxıb paytaxta gəlməli oldum. Amma pedaqoji fəaliyyətimi davam etdirmək istəyirdim. Ona görə də Təhsil Nazirliyinin bu il müəllimlərin işə qəbulu ilə bağlı keçirdiyi müsabiqədə iştirak etdim. Müsabiqənin I mərhələsini keçib II mərhələsində - test imtahanında iştirak etmək hüququ qazandım. İmtahan verib 27,13 bal topladım və 13 nömrəli Bakı Peşə Liseyinə işə qəbul olundum.

Müsabiqənin bütün mərhələləri tam şəffaf və yüksək səviyyədə təşkil olunmuşdu. Ölkəmizdə müəllimlərin işə qəbulu üçün tətbiq olunan bu yeniliyi yüksək qiymətləndirir və bu işdə əməyi olanlara minnətdarlıq edirəm.

Hər il olduğu kimi bu il də sentyabrın 15-də "Bilik günü" qeyd olundu. Liseyin müəllim və usta kollektivi başda direktor olmaqla məni səmimi qarşıladılar. Direktor məni kifayət qədər dərs yükü ilə təmin edib. Mənə hətta sinif və fizika kabineti rəhbərliyi də verilib. Ümumiyyətlə, müasir standartlara cavab verən məktəbimiz bütün avadanlıqlarla təchiz olunmuşdur.

Daim inkişaf edən respublikamızda biz gənclərə yaradılan bu şəraitə görə dövlətimizin başçısı cənab İlham Əliyevə bütün gənc müəllimlər adından dərin minnətdarlığımı bildirirəm. 

Anar MUSTAFAYEV,
13 nömrəli Bakı Peşə Liseyinin fizika müəllimi

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov