Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

5 Oktyabr 2012 - №39

 

Yeni media fənlərinin tədrisi ilə bağlı təlimlər keçirilib

 

Sentyabrın 28-də Amerikanın "Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurası"nın (IREX)  Azərbaycan nümayəndəliyinin  təşəbbüsü və xarici mütəxəssislərin  iştirakı ilə təlim keçirilib. Jurnalistika fakültəsində yeni media fənlərini (onlayn jurnalistika, multimedia jurnalistika, sosial media və yeni mediaya giriş) tədris edən  müəllimlər üçün  təşkil edilən təlim  "Azərbaycan yeni media" layihəsi çərçivəsində baş tutub. Böyük Britaniyadan olan mütəxəssis David  Brever və "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz iştirakçılara  yeni media fənlərinin  tədris metodları barədə məlumat veriblər.

Universitetlərin jurnalistika fakültələrinin müəllimləri üçün nəzərdə tutulan təlimdə  BDU-nun jurnalistika fakültəsindən Osman Gündüz, Aynur Kərimova, Könül Niftəliyeva, Aynur Nəsirova və Anzulə Əmirova, Qərb Universitetindən Günel Bilalova, Azərbaycan Universitetindən Lalə Dilanova, Xəzər Universitetindən Cabir Məmmədli, Vəfalı Ənsərov, Naxçıvan Dövlət Universitetindən Seyid Surə, Şəhla Şirəliyeva, Odlar Yurdu Universitetindən İbadət Məmmədov iştirak ediblər.

Qeyd edək ki, IREX beynəlxalq humanitar təşkilat  olaraq 1998-ci ildən Azərbaycanda nümayəndəliyini təsis edib.  Azərbaycanda  təhsilin və medianın  inkişafına dəstək məqsədilə ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət Bürosunun, habelə USAİD-in maliyyələşdirdiyi müxtəlif proqramlar həyata keçirir. 

Y.ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov