Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

5 Oktyabr 2012 - №39

 

Yeniyetmə pianoçularımız Bolqarıstanda keçirilən beynəlxalq müsabiqədə uğur qazanıblar

 

Bu günlərdə Bolqarıstanda gənc musiqiçilərin "Ümid. İstedadlar. Ustadlar" adlı XVII beynəlxalq müsabiqəsi keçirilib. Professorlar Viktor Çuçkov (Bolqarıstan), Tomislav Baynov (Almaniya) və Tamara Poddubnayadan (ABŞ) ibarət münsiflər heyətinin yekdil qərarı ilə kiçik və orta qruplarda Qran-pri nominasiyasında birinci mükafata Azərbaycan ifaçıları - Bakı Musiqi Akademiyasının məktəb-studiyasının şagirdləri Firuzə Bəylərova və Murad Abbasov layiq görülüblər.

23 ölkədən 150 nəfərin iştirak etdiyi sənət yarışmasında Qran-pri nominasiyasında mükafatlandırılan 15 nəfər arasında  yer alan bu  iki yeniyetmə pianoçu yüksək mükafatla yanaşı, Almaniyada müasir dövrün görkəmli musiqiçilərinin ustad dərslərində iştirak etmək imkanı da qazanıblar.

Qeyd edək ki, Bolqarıstanda  keçirilmiş bundan əvvəlki müsabiqələrdə uğur qazanmış digər laureatlarımız da Almaniyaya səfərlə mükafatlandırılıblar. Həmin laureatlardin biri- Bakı Musiqi Akademiyasının məktəb-studiyasının şagirdi Vüsalə Babayeva bu yaxınlarda Hammelburq Musiqi Akademiyasında müxtəlif ölkələrdən olan iştirakçılarla birlikdə ustad dərsində müvəffəqiyyətlə çıxış edib. 

Samirə KƏRİMOVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov