Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

5 Oktyabr 2012 - №39

 

AMİ-nin komandası Peyntbol üzrə tələbələr arasında keçirilmiş Respublika yarışında ikinci yeri tutub

 

Azərbaycan Müəllimlər İnstitutunun komandası Peyntbol üzrə ali təhsil müəssisələrinin tələbələri arasında keçirilmiş II Respublika yarışında 2-ci yeri tutub. AMİ-nin komandası beş nəfərdən - İkram Quliyev, Müşfiq Bayramov, Ramil Balayev, Həsən Nərimanov və Səfa Səfərovdan ibarət olmuşdur. Bildirək ki, yarış sentyabrın 26-27-də Bakı şəhəri Biləcəri qəsəbəsində yerləşən Respublika Stend Atıcılığı İdman Kompleksində keçirilmişdir. Yarışa 12 ali təhsil müəssisəsinin tələbələrindən ibarət komandalar qatılmışdır.

Əsas məqsədi tələbələr arasında hərbi vətənpərvərlik hisslərinin gücləndirilməsi, gənclərin asudə vaxtının səmərəli təşkil, onlar arasında sağlam həyat tərzinin təbliğ edilməsi, respublikamızda gənclər arasında peyntbolun bir idman növü kimi inkişaf etdirilməsindən ibarət olan turnir 2010-cu ildən Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə keçirilir.

Oktyabrın 1-də yarışın qalibləri, o cümlədən 2-ci yeri tutan Azərbaycan Müəllimlər İnstitutunun komandası Gənclər və İdman Nazirliyinin fəxri fərmanları və hədiyyələrlə mükafatlandırılmışlar.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov