Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

12 Oktyabr 2012 - №40

 

Beynəlxalq humanitar forum çərçivəsində videokonfrans

 

Beynəlxalq Humanitar Forum çərçivəsində Bakıda səfərdə olan Amerika astrofiziki, ABŞ-ın Massaçusets Texnologiya Universitetinin məzunu, Kaliforniya və Paris universitetlərinin professoru, Nobel mükafatı laureatı George Fitzgerald Smootun Naxçıvan Dövlət Universitetinin müəllim və tələbələri ilə online görüşü oldu. AMEA İnformasiya Texnologiyaları İnstitutu ilə videobağlantı nəticəsində reallaşan görüşdə universitetin rektoru, akademik İsa Həbibbəyli məşhur alimi salamlayaraq Nobel mükafatının bəşəriyyətin ən böyük intellektual zənginliklərini əks etdirən bir mükafat olduğunu xatırlatdı. Universitet haqqında ətraflı məlumat verən rektor bildirdi ki, dünyanın aparıcı təhsil ocaqları ilə, o cümlədən Amerika universitetləri ilə əməkdaşlıq edən bu ali məktəb dəqiq elmlər üzrə mütəxəssislərin yetişməsi, nanotexnologiya və innovasiyaların tətbiqi, distant təhsil, virtual əlaqələr istiqamətində əhəmiyyətli uğurlar qazanıb.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, professor Rasim Əliquliyev və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədrinin müavini, AMEA-nın müxbir üzvü, tanınmış fizik Vəli Hüseynov Azərbaycanda elmin inkişafına, intellekt potensialına, müasir informasiya texnologiyalarının tətbiqinə göstərilən diqqət və qayğıdan danışdılar, məşhur amerikalı astrofizikin həyat və yaradıcılığı, elmi nailiyyətləri barədə məlumat verdilər.

Sonra Nobel mükafatı laureatı George Fitzgerald Smoot fizika fakültəsinin müəllim və tələbələrinə "Qalaktikanın aktual astrofiziki problemləri" mövzusunda online mühazirə oxudu. Mühazirədə təxminən 13,7 milyard il əvvəl Böyük Partlayış (Big Bang) nəticəsində kainatın yaranması, əvvəli və sonu, mikrodalğalı fon şüalanması, astrofizika elminin son yenilikləri barədə məlumatlardan bəhs olundu. Sonda Nobel mükafatçısı, görkəmli alim Naxçıvan Dövlət Universitetinin müəllim və tələbələrinin suallarını cavablandırdı.  

Mehriban SULTAN,
NDU-nun Mətbuat şöbəsinin müdiri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov