Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

12 Oktyabr 2012 - №40

 

Dövlət İdarəçilik Akademiyasında "Qarabağ Fondu"nun icraçı direktoru ilə görüş keçirilib

 

Oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında ABŞ-da fəaliyyət göstərən "Qarabağ Fondu"nun icraçı direktoru xanım Diana Altman Kohenlə görüş keçirilib. Akademiyanın rektoru, akademik Urxan Ələkbərov tədbiri açaraq ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə gəldiyi ilk günlərdən dünya ictimaiyyətinə Azərbaycan həqiqətləri, xüsusilə  Qarabağ problemi ilə əlaqədar obyektiv məlumat verilməsini hər zaman diqqət mərkəzində saxlamasından və bu sahədə göstərdiyi xidmətlərdən bəhs edib. Natiq  bu siyasətin davamı kimi Azərbaycanda əldə olunan nailiyyətlərin, o cümlədən  ölkənin beynəlxalq nüfuzunun artmasının dövlət başçısı cənab İlham Əliyevin uğurlu inkişaf strategiyasının nəticəsi olduğunu bildirib. Rektor daha sonra "Qarabağ Fondu" barədə ətraflı məlumat verib. Qeyd edib ki, ABŞ-da yaradılan və qeyri-hökumət təşkilatlarına verilən yüksək statusa malik olan "Qarabağ Fondu"nun məqsədi Azərbaycanı, onun Qarabağ bölgəsini amerikalılara tanıtmaq, Azərbaycan mədəniyyəti və incəsənətini bu ölkədə tərənnüm və təbliğ etməkdən ibarətdir. Akademik bu məqsədlə həyata keçirilən müxtəlif mədəni-kütləvi tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Tədbirdə çıxış edən "Qarabağ Fondu"nun icraçı direktoru xanım Diana Altman Kohen rəhbərlik etdiyi təşkilatın missiyasının Azərbaycan və Amerika Birləşmiş Ştatları arasında mədəni körpünun yaradılmasından ibarət olduğunu bildirərək həyata keçirilən tədbirlərdən söz açıb. Diana Kohen fondun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı amerikalıların maarifləndirilməsi istiqamətində bir sıra mühüm işlər görməsindən bəhs edib. O bu qurumun Azərbaycanın mədəni irsi və adət-ənənələrini yüksək səviyyədə təbliğ etməyə çalışdığını söyləyıb. Bakıya artıq ikinci dəfə, Dövlət İdarəçilik Akademiyasına isə ilk dəfə gəldiyini deyən qonaq gördüyü dəyişiklikləri yüksək dəyərləndirərək ölkəmizin sürətli inkişafından heyrətləndiyini bildirib.

Sonra maraqlı diskussiya şəklində davam edən görüş zamanı xanım Diana Altman Kohen müəllim və tələbələrin suallarını cavablandırıb. 

Hicran ƏKBƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov