Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

19 Oktyabr 2012 - №41

 

Şamaxıda 5 yeni məktəb binası müəllim və şagirdlərin ixtiyarına verilib

 

Şamaxı Rayon Təhsil Şöbəsinin müdiri Səadət Veysovadan aldığımız məlumatda bildirilir ki, 2012-2013-cü dərs ilində Dövlət Proqramına müvafiq olaraq rayonun Göylər kənd 2 nömrəli tam orta məktəbi üçün 360, Təhsil Nazirliyinin sifarişi ilə II Çaylı kənd tam orta məktəbi üçün 80, rayon icra hakimiyyətinin sifarişi ilə Həmyəli kənd tam orta məktəbi üçün  180 və Kərkənc kənd tam orta məktəbi üçün 80, Sosial İnkişaf Fondu hesabına isə Qonaqkənd kənd tam orta məktəbi üçün  80 şagird yerlik yeni məktəb binaları tikilərək bu il sentyabrın 15-də müəllim və şagirdlərin istifadəsinə verilib.

Müasir tələblərə cavab verən binaların hər biri istilik sistemi ilə təchiz edilib, bütün lazımi inventar və texniki avadanlıqlarla tam təmin olunub.

Yeni məktəblərin açılış mərasimlərində çıxış edənlər Prezident İlham Əliyevin ölkəmizdə təhsilin inkişafına diqqət və qayğısından, bu sahədə həyata keçirilən çoxsaylı layihələrdən danışıblar.

Eyni zamanda çıxışlarda Heydər Əliyev Fondunun bu sahədə xidmətlərindən də geniş bəhs edilib. Qeyd olunub ki, son beş ildə Şamaxıda bu gün istifadəyə verilən beş təhsil ocağı da daxil olmaqla 18 məktəb üçün yeni bina tikilib. Bu məktəb binalarından beşi Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilib.

Hazırda rayonun Böyük Xınıslı və Cabanı kənd ümumi orta məktəbləri üçün hər biri 80 şagird yerlik olmaqla yeni məktəb binalarının tikintisinə başlanılıb. Həmin binaların 2013-cü ildə istifadəyə verilməsi nəzərdə tutulub.

Ölkəmizdə, o cümlədən Şamaxı rayonunda təhsildə qazanılan uğurları regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramının ardıcıl həyata keçirilməsinin nəticəsi kimi qiymətləndirən natiqlər bölgələrdə təhsilin inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. 

Ədalət DAŞDƏMİRLİ

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov