Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

19 Oktyabr 2012 - №41

 

BPKİYİ-də "Azərbaycan dövlət müstəqilliyinin 21 ili: reallıqlar və perspektivlər" mövzusunda elmi-praktik konfrans

 

Oktyabrın 18-də Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda Binəqədi Rayon İcra Hakimiyyəti ilə birgə "Azərbaycan dövlət müstəqilliyinin 21 ili: reallıqlar və perspektivlər" mövzusunda elmi-praktik konfrans keçirilib. Azərbaycanın dövlət müstəqilliyinin 21-ci ildönümünə həsr olunmuş konfrans başlamazdan öncə Dövlət himni səsləndi.

Konfransı giriş sözü ilə açan BPKİYİ-nin rektoru, professor Asəf Zamanov "Azərbaycanda elm və təhsil müstəqillik illərində" adlı məruzə etdi. Bildirdi ki, bu gün biz sizinlə bərabər Azərbaycanımız, xalqımız, millətimiz üçün, hər bir vətəndaşımız üçün çox müqəddəs və şərəfli bir günün işığına yığışmışıq - 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün işığına...

Tarixdən bildiyiniz kimi, 1918-ci il mayın 28-də Azərbaycan  Demokratik Respublikası təsis edildi. O vaxtdan başlayaraq Azərbaycan Demokratik Respublikasını dünyanın xarici dövlətləri də tanıdılar. Amma bu müstəqilliyimizin tarixi çox çəkmədi. Cəmi 23 ay ömür sürdü. Bu 23 ay qədim tarixi üçün ani bir zaman kəsiyi olsa da, bu dövr, xalqımızın milli şüurunun formalaşmasında mühüm bir mərhələ idi.

1920-ci ildə bolşevik təcavüzünə məruz qalan xalqımız yenidən rus imperiyasının əsarəti altına düşdü, - deyən A.Zamanov qeyd etdi ki, beləcə Azərbaycan düz 71 il sovet imperiyasının müstəmləkəsi oldu. Həmin dövrlərdə xalqımızın hüquqları tapdandı, torpaqları əlindən alındı. Azadlıq mücahidləri, minlərlə günahsız soydaşımız kütləvi təzyiq və repressiyaların qurbanına çevrildi. Lakin Azərbaycan xalqı çətin sınaqlardan çıxaraq əsrin sonunda itirilən müstəqilliyinin qaytarılması uğrunda mübarizəyə qalxdı, qanı bahasına olsa da, azadlığını qazandı. Azərbaycan Respublikasının dövlət müstəqilliyi elan edildi.

Rektor çıxışına davam edərək bildirdi ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etdi. Bununla da Azərbaycanın tarixində yeni dövrün təməli qoyuldu.

A.Zamanov sonra qeyd etdi ki, məmləkətimizin bu müstəqilliyini dünya dövlətləri tanıdı. Azərbaycan Respublikasını ilk olaraq 1991-ci il noyabrın 9-da Türkiyə Cümhuriyyəti, sonra Rumıniya, Pakistan, İsveçrə, İran, Amerika Birləşmiş Ştatları, Rusiya və başqa dövlətlər tanıdı.

Azərbaycanın 2 mart 1992-ci ildə BMT-yə üzv qəbul olunması ilə onun beynəlxalq aləmdə de-fakto tanınmasına başlandı. Lakin müstəqilliyini qazandıqdan iki il sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Bir tərəfdən Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində geniş miqyas almış birinci Qarabağ müharibəsi, digər tərəfdən isə daxildə gedən siyasi çəkişmələr, separatçılıq hərəkatı müstəqilliyin beşiyindəcə boğulması təhlükəsini reallaşdırdı.

Natiq bildirdi ki, uzaqgörən siyasi xadim, ümummilli lider Heydər Əliyevin ölkədə hakimiyyətə qayıdışı ilə bu təhlükə sovuşdu. Amma bu müstəqilliyi möhkəmləndirmək üçün Heydər Əliyev yeni neft strategiyasının nəticəsi kimi təzahür edən "əsrin müqaviləsi"ni imzaladı və bununla Azərbaycanın dünya iqtisadiyyatı sistemindəki yerini müəyyənləşdirdi. Qeyri-neft sektorunu da sürətlə inkişaf etdirdi. Azərbaycanın gələcək inkişaf yolunu məhz Heydər Əliyev müəyyənləşdirdi. İndi müstəqilliyimizin siyasi və iqtisadi sütunları  getdikcə möhkəmlənir. Xalqın öz dövlətçiliyi sarıdan heç bir narahatlığı yoxdur. Müstəqilliyin taleyini müəyyənləşdirən əsas amillər qorunub saxlanır, inkişaf etdirilir. Dahi lider Heydər Əliyev siyasətini uğurla davam etdirən, məmləkətimizin dünya dövlətləri sırasında öncül yerlərdən birini tutması, müstəqilliyimizin qorunması və daha da möhkəmlənməsi üçün dövlət başçımız cənab İlham Əliyev səylə çalışır.

Çıxışının sonunda A.Zamanov Dövlət Müstəqilliyi bayramı münasibəti ilə bütün Azərbaycan xalqını və eləcə də təhsil işçilərini təbrik etdi.

Konfransda daha sonra AMEA prezidentinin müşaviri, akademik Asəf Nadirov "Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyası", Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsal İsmayılov "21 il və regionların infrastrukturunun formalaşması", "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə "Azərbaycan mətbuatı müstəqillik illərində" mövzularında çıxış etdilər.

Tədbirin sonunda Binəqədi rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında "Müstəqillik illərində Azərbaycanın neft strategiyası" mövzusunda keçirilən inşa yazı müsabiqəsinin yekunları və əhəmiyyəti barədə Binəqədi Rayon İcra Hakimiyyəti aparatının şöbə müdiri Natiq Əliyev çıxış etdi.

Qalib şagirdlərə Binəqədi Rayon Gənclər və İdman İdarəsinin diplomları və hədiyyələr təqdim olundu. 

Ədalət DAŞDƏMİRLİ

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov