Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

19 Oktyabr 2012 - №41

 

SDU-da müstəqillik günü qeyd edilib

 

SDU-da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 21-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Universitetin rektoru, professor Nadir Qəhrəmanov ilk öncə tədbir iştirakçılarını bu gün münasibətilə təbrik edib. Azərbaycanın öz müstəqilliyini çətin şərtlər altında qazandığını diqqətə çatdıran rektor bildirib ki, 90-cı illərin əvvəllərində ölkəmiz və xalqımız böyük təhlükələrlə üz-üzə qaldı, hətta yenicə qazanılmış müstəqilliyimizin uzunömürlü olacağına da təminat yox idi. Yalnız xalqın tələbi ilə hakimiyyətə qayıdan dahi siyasətçi Heydər Əliyevin qısa zamanda göstərdiyi misilsiz tarixi xidmətləri nəticəsində Azərbaycan üzləşdiyi böhranlı vəziyyətdən çıxa bildi. Sonrakı illərdə ölkəmiz ulu öndərin müəyyənləşdirdiyi siyasi strategiyaya uyğun olaraq inkişaf etməyə, yerləşdiyi regionun lider dövlətinə çevrilməyə başladı. 2003-cü ildən sonra isə ümummilli liderin siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar, gördüyü tədbirlər ölkəmizi sürətli inkişaf mərhələsinə çıxardı. Təsadüfi deyil ki, artıq ölkəmiz öz inkişaf dinamikasına görə dünyanın ən qabaqcıl ölkələrindəndir.  N.Qəhrəmanov çıxışını bu sözlərlə yekunlaşdırıb: "Azərbaycan xalqı ona görə xoşbəxtdir ki, onun taleyində Heydər Əliyev kimi dahi şəxsiyyət olub, Azərbaycan xalqı ona görə xoşbəxtdir ki, onun İlham Əliyev kimi Prezidenti var".

Daha sonra çıxış edən universitetin ümumi tarix kafedrasının müdiri Şirxan Səlimov ölkəmizin, xalqımızın dövlətçilik ənənələrindən danışıb.

Təbiət və texniki fənlər üzrə Azərbaycan tarixi kafedrasının müdiri Əmirxan İsayev ölkəmizin bugünkü sürətli inkişaf dinamikasından söz açaraq, qeyd edib ki, bu inkişafın kökündə düşünülmüş və çevik siyasət dayanır.

Universitetin riyaziyyat fakültəsinin 3-cü kurs tələbəsi Lamiyə Abbasova Azərbaycanın müstəqilliyə doğru gedən yolda qarşılaşdığı çətinliklər və dahi lider Heydər Əliyevin xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtmasından sonra qazanılmış uğurlardan bəhs edib. 

SDU-nun Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov