Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

19 Oktyabr 2012 - №41

 

Dövlət müstəqilliyi günü qeyd olundu

 

Naxçıvan Dövlət Universitetində 18 oktyabr Dövlət Müstəqilliyi Günü ilə bağlı mərasim keçirildi. Tədbiri giriş sözü ilə açan rektor, akademik İsa Həbibbəyli Azərbaycan xalqının milli müstəqillik uğrunda əsrlər boyu  apardığı şərəfli mübarizədən, Şərqdə ilk dəfə məhz Azərbaycanda, 1918-ci ildə yaradılan demokratik respublikanın fəaliyyətindən bəhs etdi.  Qeyd olundu ki, XX əsrin sonlarında keçmiş SSRİ-də  və dünyada baş verən ictimai-siyasi proseslər, getdikcə güclənən milli-azadlıq hərəkatı nəticəsində 1991-ci il oktyabrın 18-də Azərbaycanın keçmiş Ali Sovetinin sessiyasında mühüm tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilməklə Azərbaycanın dövlət müstəqilliyi uzun illərdən sonra yenidən bərpa edildi.

Lakin məşəqqətli mübarizələr və minlərlə qurbanlar bahasına başa gələn müstəqilliyimiz ölkədə baş verən siyasi çəkişmələr, vətəndaş qarşıdurması, hətta Azərbaycanın regionlara parçalanması kimi təhlükənin mövcud olduğu bir şəraitdə yenidən təhlükə altına düşmüşdü. Məhz belə bir dövrdə yenidən siyasi hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev milli həmrəyliyə nail olmaqla, müstəqil dövlət quruculuğuna yönəlmiş uzaqgörən siyasətilə ölkəmizin dövlət müstəqilliyinin qarantına çevrildi. Azərbaycan xalqını bu əlamətdar bayram münasibətilə təbrik edən rektor, akademik İsa Həbibbəyli vurğuladı ki, bu gün Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən ümummilli lider Heydər Əliyevin siyasi ideyalarının uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycan müstəqil dövlət kimi inkişaf etməkdə olan dünya dövlətləri ilə bir sırada addımlayır, öz qətiyyətli siyasi mövqeyi, nüfuzu ilə bütün dünyada tanınır.

 "Qeyrət" nəşriyyatının direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Yazıçılar Birliyinin üzvü Vaqif Məmmədov "Heydər Əliyev şəxsiyyəti müstəqillik tarixində" mövzusunda məruzə edərək ümummilli liderin XX əsrin sonlarında ölkədə siyasi sabitliyin yaradılması, iqtisadi, siyasi dirçəliş, elm, təhsil və mədəniyyətin, habelə beynəlxalq diplomatik əlaqələrin inkişafı istiqamətindəki böyük siyasi xidmətlərindən bəhs etdi.

Sonra universitetin incəsənət fakültəsinin kamera ansamblının bayram konserti təqdim olundu. Fakültənin baş müəllimi, Azərbaycan Respublikasının xalq artisti Çingiz Axundovun bədii rəhbərlik və dirijorluq etdiyi kamera ansamblının premyerasında dünya bəstəkarlarının və Azərbaycan klassiklərinin operalarından parçalar, kamera musiqiləri ifa olundu. Universitet müəllimlərindən Azərbaycan Respublikasının əməkdar artisti Gülyanaq Fərzəliyeva, Naxçıvan MR əməkdar artisti Mübariz Əsgərov, Əli Davudi müstəqillik bayramını mahnı ərməğanı ilə təbrik etdilər. 

Mehriban SULTAN,
NDU-nun Mətbuat şöbəsinin müdiri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov