Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

25 Oktyabr 2012 - №42

 

Azərbaycan Diplomatik Akademiyasının nümayəndə heyəti NATO-nun Brüsseldəki iqamətgahında olub

 

Azərbaycan Diplomatik Akademiyasının (ADA) nümayəndə heyəti NATO-nun İctimai Diplomatiya Şöbəsinin proqramında iştirak etmək üçün oktyabrın 18-19-da Şimali Atlantika Alyansının Brüsseldəki iqamətgahında olmuşdur.

AzərTAc Azərbaycanın NATO-dakı nümayəndəliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, ADA-nın nümayəndə heyətinə diplomatiya və beynəlxalq münasibətlər üzrə magistr proqramının (MADIA) 27 tələbəsi daxildir.

NATO ekspertləri səfərin ilk günü tələbələr üçün NATO-nun tərəfdaşları, əməliyyatları, enerji təhlükəsizliyi, müdafiə islahatları sahələri üzrə brifinq keçirmişlər. Azərbaycanın NATO-dakı nümayəndəliyinin əməkdaşları ilə görüş olmuşdur.

Səfərin ikinci günü ADA-nın nümayəndə heyəti üçün NATO-nun hərbi iqamətgahında brifinqlər keçirilmişdir. Sonra nümayəndə heyəti Azərbaycanın Belçikadakı səfirliyi tərəfindən təşkil edilmiş Avropa Parlamentinin deputatları ilə görüşdə iştirak etmişdir.

Tələbələr brifinq və görüşlərə maraq göstərmiş, interaktiv sessiyalarda fəal iştirak etmiş, NATO-nun fəaliyyəti ilə bağlı biliklərin səviyyəsinin artırılması baxımından belə görüşlərin əhəmiyyətini vurğulamışlar.

Qeyd edək ki, ADA-nın nümayəndə heyətinin Brüsselə səfəri NATO-nun İctimai Diplomatiya Şöbəsinin və Azərbaycanın NATO-dakı nümayəndəliyinin sıx əməkdaşlığı və dəstəyi sayəsində mümkün olmuşdur.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov