Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva
tərəfindən 2011-ci il iyulun 11-də başlanmış Ətraf
Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsü -
IDEA növbəti ölkə miqyaslı ekoloji maarifləndirmə
layihəsini uğurla başa çatdırmışdır.
AzərTAc xəbər verir ki, 2012-ci il sentyabrın 24-də
başlanmış "IDEA Yaşıl Azərbaycan naminə" layihəsi dörd
həftə davam etmişdir. Əvvəlcədən nəzərdə tutulduğu kimi,
dörd istiqamətə səfər edən yaşıl təlimçilər hər həftə
beş rayonda təlim keçmişlər. Azərbaycanın 20 rayon və
şəhərini əhatə edən layihə çərçivəsində ümumilikdə 40
məktəbdə seminarlar təşkil edilmişdir.
"IDEA Yaşıl Azərbaycan naminə" layihəsinin başa çatması
ilə əlaqədar oktyabrın 24-də "Trend" informasiya
agentliyində mətbuat konfransı keçirilmişdir. Mətbuat
konfransında layihə çərçivəsində görülmüş işlər haqqında
ətraflı məlumat verilmiş, fəallar mükafatlandırılmışlar. |