Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

25 Oktyabr 2012 - №42

 

Bakıda xaricdə təhsil almış gənclər üçün əmək yarmarkası keçirilib

 

 Oktyabrın 20-də Bakı Biznes Mərkəzində İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə xaricdə təhsil almış gənclər üçün əmək yarmarkası keçirilmişdir.

Tədbirdə çıxış edən iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində hər il yüzlərlə gəncin müxtəlif ölkələrin aparıcı təhsil müəssisələrində oxuduğunu bildirmişdir. Qeyd edilmişdir ki, xaricdə təhsil almış gənclərin işlə təmin olunması daim diqqət mərkəzindədir. Bugünkü əmək yarmarkasının da məhz buna xidmət etdiyini deyən nazir müavini tədbir barədə ətraflı danışmışdır.

Təhsil nazirinin müavini Qulu Novruzov Azərbaycanda həyata keçirilən təhsil siyasəti, ölkə gənclərinin xaricdə təhsil alma imkanlarının genişləndirilməsi istiqamətində görülən işlər, gənclər və idman nazirinin müavini İntiqam Babayev uğurlu gənclər siyasətinin prioritetləri, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədr müavini Vəfadar Misirov dövlət qulluğuna qəbul və bu sahədə yaradılan imkanlar, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev gənclərin sahibkarlığın inkişafında rolundan bəhs etmişlər.

İştirakçı şirkətlər gənclərə mövcud vakant yerlər barədə məlumat vermiş, maraq göstərən məzunların müraciətləri qəbul olunmuşdur.

Tədbirdə iqtisadiyyatın müxtəlif sahələrində (neft-qaz, enerji, sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, rabitə, informasiya texnologiyaları, bank-maliyyə, turizm və s.) fəaliyyət göstərən 50-yə yaxın nüfuzlu yerli və xarici şirkətin nümayəndələri iştirak etmişlər.

AzərTAc

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov