Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

25 Oktyabr 2012 - №42

 

"Təhsil qanunvericiliyinə dair normativ-hüquqi sənədlər toplusu" işıq üzü gördü

 

Azərbaycan Respublikasının təhsil naziri, professor Misir Mərdanovun rəhbərliyi ilə hazırlanmış "Təhsil qanunvericiliyinə dair normativ-hüquqi sənədlər toplusu" ikicildliyi cari ilin oktyabrında Bakı "Şərq-Qərb" Nəşriyyat Evi tərəfindən çap edilmişdir.  Müstəqilliyimizin iyirmi ili ərzində təhsil qanunvericiliyinin yaradılması, təkmilləşdirilməsi istiqamətində çox mühüm addımlar atılmış, 400-ə yaxın normativ-hüquqi akt, 16 Dövlət Proqramı və inkişafyönlü layihə qəbul edilmişdir. 

Son iyirmi ildə təhsil sahəsində fəaliyyətin hüquqi tənzimlənməsi, təhsilin keyfiyyətcə müasir səviyyəyə yüksəldilməsi, maddi-texniki bazanın gücləndirilməsi, məzmun islahatları, yeni dərslik və qiymətləndirmə siyasəti, əmək bazarının tələblərinə uyğun kadr hazırlığı və təminatının yaxşılaşdırılması, təhsil sisteminin informasiyalaşdırılması, məktəbəqədər, ümumi, ilk peşə-ixtisas, orta ixtisas, ali təhsil, xüsusi təhsil, xaricdə təhsil, istedadlı uşaqlarla iş, de-institutlaşdırma və s. sahələrdə fəaliyyətin tənzimlənməsini təmin edən mükəmməl normativ-hüquqi baza yaradılmışdır.

Bu sənədlər təhsil tariximizin tərkib hissəsi olmaqla bərabər, eyni zamanda müstəqillik illərində təhsilimizin inkişafını əks etdirir. Əminik ki, toplu təhsil müəssisələrinin, təhsili idarəetmə orqanlarının rəhbərləri, eləcə də təhsil qanunvericiliyi ilə bağlı istənilən məlumatı əldə etmək istəyən hər bir vətəndaş üçün faydalı bir mənbə olacaqdır.

Birinci cildə təhsil sisteminə aid ümumi xarakterli, ali və orta ixtisas təhsili sahəsində fəaliyyətin tənzimlənməsini təmin edən normativ-hüquqi sənədlər daxil edilmişdir.  İkinci cilddə toplanmış sənədlər isə məktəbəqədər, ümumi, ilk peşə-ixtisas və məktəbdənkənar müəssisələrin fəaliyyəti ilə bağlı normativ-hüquqi sənədlərdir.

Topluya Azərbaycan Respublikasının Konstitusiyasından, Əmək Məcəlləsindən və "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikasının Qanunundan çıxarışlar, "Təhsil haqqında", "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" və "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının qanunları isə tam həcmdə daxil edilmişdir.

Burada həmçinin Azərbaycan Respublikası Prezidentinin 12 fərmanı, 21 sərəncamı, Nazirlər Kabinetinin 100 qərarı, 11 sərəncamı və Təhsil Nazirliyinin 21 əmri öz əksini tapmışdır.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov