Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

25 Oktyabr 2012 - №42

 

MDB ölkələrinin IV Gənclər Musiqi Akademiyasında azərbaycanlı gənc musiqiçilər uğurla çıxış ediblər

 

Bu günlərdə Ukraynanın Lvov şəhərində xalq artisti Yuri Başmetin himayəsi altında keçirilən  MDB ölkələrinin IV Gənclər Musiqi Akademiyasında  azərbaycanlı gənc musiqiçilər İlham Nəzərov (vokal), Ceyla Seyidova (skripka), Üzeyir Mahmudbəyli (viola) iştirak ediblər. 

Məlumat üçün bildirək ki, adıçəkilən akademiya daimi fəaliyyət göstərən tədris müəssisəsi deyil, bu, hər il oktyabr ayında təşkil olunan beynəlxalq layihədir. Layihə çərçivəsində müxtəlif ölkələrdən olan görkəmli musiqiçi pedaqoqlar  MDB ölkələrinin ali musiqi məktəblərinin istedadlı tələbələri ilə məşğul olur, həmin gənclər onların ustad dərslərində və birgə konsertlərdə iştirak edirlər. İlk 3 akademiya Minsk şəhərində keçirilib. 4-cü akademiyanın keçirilməsi üçün isə öz zəngin musiqi ənənələri ilə tanınan Ukraynanın  Lvov şəhəri seçilib.

Akademiya zamanı tələbələr Sergey Edelman ( fortepiano), Aleksandr Trostyanski (skripka), Svetlana Nesterenko (vokal), Vitali Astaxov (viola), Aleksey Seleznyov (violonçel) kimi tanınmış müəllimlərin və əlbəttə ki, Yuri Başmetin ustad dərslərində iştirak etmək imkanı qazanıblar.

Sevindirici haldır ki, 11 ölkədən 42 gənc musiqiçinin iştirak etdiyi akademiyada Azərbaycanın istedadlı gəncləri musiqi ictimaiyyətinin diqqətini cəlb etmişdir. Akademiyanın davam etdiyi günlərdə onun işini işıqlandıran bütün kütləvi informasiya vasitələrində həmyerlilərimizin uğurları barədə məlumatlar verilib. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri olan Ceyla Seyidova və Üzeyir Mahmudbəylinin ifaçılıq qabiliyyəti yüksək qiymətləndirilmiş, onlar akademiyanın konsertlərində müvəffəqiyyətlə çıxış ediblər.

Gənc vokalçı İlham Nəzərovun akademiyada iştirakı və konsertlərdə uğurlu çıxışı xüsusilə böyük əks-səda doğurmuşdır. Bas-bariton və kontrtenor partiyalarını məharətlə ifa edən, unikal səs diapazonuna malik azərbaycanlı musiqiçi Lvov Akademiyasının əsl "ulduzu", akademiyanın kəşfi - sürprizi adlandırılır.

Qeyd edək ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının və "Üns" yaradıcılıq səhnəsinin solisti olan İlham Nəzərov hazırda İtaliyada Darte Lirica Akademiyasında təhsil alır.

 Samirə KƏRİMOVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov