Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

25 Oktyabr 2012 - №42

 

"Media və Azərbaycan ədəbi dilinin qorunması"  mövzusunda "dəyirmi masa"

 

Azərbaycan Mətbuat Şurasında  "Media və  Azərbaycan ədəbi dilinin qorunması" mövzusunda  "dəyirmi masa"  keçirilib. Tədbirdə KİV-lərin rəhbərləri, dilçi alimlər və media ekspertləri  iştirak ediblər. Azərbaycan Mətbuat Şurasının sədri  Əflatun Amaşov  çıxış edərək  layihəni zəruriləşdirən  məqamlardan söz açıb. Qeyd edib ki,  rəhbərlik etdiyi qurum tərəfindən  ötən il də KİVDF-nin maliyyə dəstəyi ilə  mediada  ana dilimizin normalarına əməl edilməsi  ilə bağlı layihə reallaşdırılıb.

Sonra  layihə  üzrə yaradılmış  monitorinq qrupunun  rəhbəri,  "Xalq qəzeti"nin şöbə müdiri  İlham Abbasov  monitorinq  zamanı  aşkarlanmış  konkret meyillərdən  danışıb. Ümumi nəzərəçarpan cəhət kimi rəsmi qəzetlərdə  dil və üslub səhvlərinin nisbətən azlığına diqqəti cəlb edən  İ.Abbasov səbəb kimi peşəkarlıq  amilini deyil, ümumən qəzetçilik texnologiyasına  yanaşmanı göstərərək aşkara çıxarılmış  nöqsanların bir çoxunun  həmin texnologiyanın  işləməməsi ilə  əlaqəli olduğunu deyib.

Milli Məclisin deputatı, Mətbuat Şurasının  dil komissiyasının sədri Bəxtiyar Sadıqov,  MŞ idarə heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə,  BDU-nun jurnalistika  fakültəsinin professoru Nəsir Əhmədov və başqaları çıxışlarında Azərbaycan ədəbi dilinin qorunması  məsələsinin daim gündəmdə saxlanılmasının  vacibliyini vurğulayıblar. 

Sifai SƏFƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov