Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

25 Oktyabr 2012 - №42

 

Məktəbdə metodiki işlər diqqət mərkəzindədir

 

 Bakıdakı 167 nömrəli tam orta  məktəbin pedaqoji kollektivi  təlim-tərbiyəni yüksək səviyyədə qurmaq, qarşıya qoyulan vəzifələri uğurla həyata keçirmək üçün ciddi səylə  çalışır.

Məktəbin direktoru Vaqif Quliyev  bildirir ki, təhsil ocağında dərsin  təkmilləşdirilməsi ilə  əlaqədar metodiki işlərə geniş yer verilir. Metodiki iş  "Təlim və tərbiyə metodlarını həyatın tələblərinə müvafiq quraq" və  "Yaradıcılıqla  işləyən   müəllimdən yaradıcılıqla işləyən kollektivə" devizləri altında aparılır. Metodiki iş dərsin təkmilləşdirilməsinə, proqram materiallarının şagirdlər tərəfindən dərindən mənimsənilməsinə kömək etməklə bərabər, həm də  müəllimlərin vaxtaşırı fikir mübadiləsi aparmasına, müzakirələr şəklində şəxsi  fikirlərini həmkarlarına çatdırmaq üçün geniş  meydan  açılmasına şərait yaradır.

Hazırda məktəbdə ayrı-ayrı fənlər üzrə  metodbirləşmə sədrləri   tərəfindən "açıq dərs"lərin  təşkili, aktual məsələlərlə  bağlı qabaqcıl müəllimlərin çıxışı, seminar və konfransların keçirilməsi planlaşdırılır. Pedaqoji kollektiv çalışır ki, məktəbdə metodiki  işin təşkili yeni işə başlayan gənc müəllimlər üçün daha faydalı olsun.  

Şakir CƏFƏROV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov