Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

25 Oktyabr 2012 - №42

 

Bədii gimnastika üzrə Bakı çempionları məlum oldu

 

Oktyabrın 11-12-də Olimpiya İdman Kompleksində 19-cu Bakı çempionatı keçirilmişdir.  Azərbaycan Gimnastika  Federasiyasının mətbuat xidmətindən bildirmişlər ki, medallar uğrunda ən maraqlı yarış gənc gimnastlar arasında olmuşdur. "Avro-2011" çempionatlarında birlikdə bürünc medal qazanmış Lalə Yusifova və Ayşə Mustafayeva çoxnövçülük yarışlarında mübarizə aparmışlar. Nəticədə L.Yusifova A.Mustafayevanı 3 bal qabaqlamış,  üçüncü yeri tutmuş Rəhimə Abdullayevanı 19 bal geridə qoymuşdur.  

Yeniyetmələr arasında yarışlar gərgin olmuşdur. 15 yaşlı Marina Durunda  Mənsurə Bağıyevaya gürz ilə  hərəkətlərdə məğlub olsa da, birinci yeri əldən verməmişdir. Bürünc medala isə Yekaterina Prokopenko sahib olmuşdur. Jalə Piriyeva 2000-2001-ci illər təvəllüdlü gimnastlar arasında inamlı qələbə qazanmış, şəxsi birincilikdə ən yaxın rəqibi Züleyxa İsmayılovaya üstün gəlmişdir. Üçüncü yeri Ruhiyyə Səttarova tutmuşdur.

2000-ci il təvəllüdlü idmançılar arasında birinci yeri Vəfa Həsənzadə tutmuşdur. 9  yaşlı gimnastların yarışında Məryəm Səfərova liderlik etmişdir. Ləman Hüseynova turnirin gümüş, Aydan Ağayeva isə bürünc mükafatçısı olmuşlar. Nəhayət, 2004-cü il təvəllüdlü ən kiçik gimnastların yarışında Lalə Kramarenko birinci yeri tutmuşdur. Arzu Cəlilova gümüş, Zərniyar Əliyeva bürünc mükafatçı olmuşdur. Turnir Azərbaycan gimnastikasının bu il 80 yaşını qeyd edən veteranı Ülkər Qasımovanın ünvanına təbriklər söyləməklə başa çatmışdır.  

 Ədalət DAŞDƏMİRLİ,

Rəşad RAMAZANOĞLU

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov