Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

2 Noyabr 2012 - №43

 

Dövlət İdarəçilik Akademiyası ilə Litva Dövlət İdarəçilik İnstitutu arasında memorandum imzalanıb

 

 Oktyabrın 25-də Litva Dövlət İdarəçilik İnstitutunun direktoru, professor Romualdas Povilas Petraitis və onu müşayiət edən nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında olublar.

Qonaqları salamlayan rektor, akademik Urxan Ələkbərov akademiyanın yaranma və inkişaf tarixindən, beynəlxalq əlaqələrindən danışıb. Rektor həmçinin ölkədə əldə edilmiş nailiyyətlərdən ətraflı söz açıb, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin tərkib hissəsi kimi qara qızılın insan kapitalına çevirmək strategiyasının önəmini qeyd edib. Qloballaşan dünyada kadr potensialının davamlı inkişafının təmin edilməsində inteqrasiyanın əhəmiyyətini vurğulayan Urxan Ələkbərov bunun reallaşması istiqamətində hər iki qurum arasında əməkdaşlığın vacib olduğunu bildirib. Rektor Dövlət İdarəçilik Akademiyası ilə Litva Dövlət İdarəçilik İnstitutu arasında imzalanacaq memorandumun dövlət qulluqçularının ixtisasının artırılması, yenidən hazırlanması, elmi tədqiqatların aparılması, təcrübə və informasiya mübadiləsi sahəsində əməkdaşlıq baxımından əhəmiyyətini vurğulayıb və belə əlaqələrin kadr potensialının artırılmasına və onların idarəetmə vərdişlərinin təkmilləşdirilməsinə xidmət etdiyini qeyd edib.

Litva Dövlət İdarəçilik İnstitutunun direktoru, professor Romualdas Povilas Petraitis çıxış edərək hər iki dövlət qurumunun oxşar vəzifələrin həlli ilə məşğul olduğunu, onların hər birində dövlət qulluğu kadrlarının yenidən hazırlanması və ixtisasartırılması, dövlət idarəçiliyinin səmərəliliyinin yüksəldilməsi istiqamətində, elmi-analitik iş sahəsində müəyyən təcrübə əldə edildiyini və bu təcrübəni bölüşməkdə maraqlı olduqlarını söyləyib.

Sonda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov və Litva Dövlət İdarəçilik İnstitutunun direktoru Romualdas Povilas Petraitis memorandum imzalayıblar.

Tədbirdə Litva Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Arturas Zuraukas iştirak edib. 

Samirə KƏRİMOVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov