Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

2 Noyabr 2012 - №43

 

Ukraynalı tələbələr BSU-da "Yay məktəbi"ndə

 

Yarandığı gündən BSU-nun beynəlxalq əlaqələri sürətlə inkişaf edir. Bu dövrdə xarici ölkələrin bir çox qabaqcıl təhsil və elm mərkəzləri ilə əlaqələr qurulmuş, əməkdaşlığa başlanılmışdır. Əməkdaşlıq universitetlər arasında bağlanılmış müqavilələr əsasında qurulur və müəllim-tələbə mübadiləsi, müştərək elmi araşdırmalar, müəllimlərin ixtisasartırması, informasiya və elmi-metodik ədəbiyyat mübadiləsi kimi sahələri əhatə edir.

Universitet Rusiya, Ukrayna, Bolqarıstan, Belarus, Polşa, Çexiya, Rumıniya, Fransa, Böyük Britaniya, Türkiyə, Yunanıstan, Moldova, İsveçrə, Almaniya, Gürcüstan və digər ölkələrin nüfuzlu ali təhsil müəssisələri ilə sıx və çoxşaxəli əlaqələr yaratmış və qarşılıqlı əməkdaşlıq müqavilələri imzalamışdır. BSU-nun elmi və mədəni həyata verdiyi töhfələrdən də göründüyü kimi, imzalanmış müqavilələr kağız üzərində qalmır və öz əməli təsdiqini tapır.

Bu əlaqələrin məntiqi davamı olaraq   oktyabrın 28-də  Ukraynanın Poltava İqtisadiyyat və Ticarət Universitetinin Ukrayna və xarici dillər kafedrasının müdiri professor Bobux Nadejda Nikolayevnanın rəhbərliyi ilə universitetin bir qrup tələbəsi - maliyyə və uçot fakültəsindən 3 tələbə, yeyinti sənayesi texnologiyaları, mehmanxana-restoran və turizm  biznesi fakültəsindən isə 2 tələbə "Yay məktəbi"ndə iştirak etmək üçün  BSU-ya gəlib. İki həftə ərzində BSU-nun aparıcı professor və müəllimləri "Müasir Azərbaycan inkişaf yolunda", "Azərbaycan beynəlxalq iqtisadi münasibətlər sistemində", "Azərbaycanın xarici siyasətinin əsas istiqamətləri", "Dünya təcrübəsi kontekstində Azərbaycanda turizm fəaliyyətinin normativ-hüquqi bazasının dövlət tənzimlənməsi", "Azərbaycan və Ukrayna iqtisadi əlaqələri", "Ümummilli lider Heydər Əliyevin xarici siyasət strategiyası", "Azərbaycanın bank və maliyyə kredit sistemi", "Azərbaycanın müasir iqtisadiyyatının infrastrukturu", "Azərbaycanın xarici siyasətində neft amili" və digər maraqlı mövzularda mühazirələr oxuyacaqlar.

Ukraynalı tələbələr öz praktik məşğələləri çərçivəsində "Hilton", "Kempinski Hotel Badamdar", "Jumeirah Bilgah Beach Hotel" mehmanxanaları və "Unibank"ın fəaliyyəti ilə tanış olacaqlar. Eyni zamanda BSU-nun ukraynaşünas tələbələri üçün ukraynalı professor N.Bobux tərəfindən "Ukrayna dili" fənnindən ustad dərslər keçiriləcəkdir. Qeyd etmək lazımdır ki, bu günlərdə ukraynalı qonaqlar üçün BSU tələbələrinin iştirakı ilə "Azərbaycan mətbəxi gecəsi" təşkil olunacaq. Sonra onlar BSU tələbələrinin konsert proqramına qatılacaqlar.

Məşğələlərlə yanaşı, ukraynalı qonaqlar üçün geniş mədəni proqram da hazırlanmışdır. Belə ki, tələbələr Bakının zəngin tarixi abidələri ilə tanış olacaq və Oğuz rayonuna ikigünlük səfər edəcəklər. 

Şakir CƏFƏROV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov