Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

2 Noyabr 2012 - №43

 

Azərbaycan Dillər Universitetində qəhrəmanlıq dərsi

 

Azərbaycan Dillər Universitetində  Dağlıq Qarabağ müharibəsinin iştirakçısı, "Azərbaycan bayrağı" ordenli İbad Hüseynovla  tələbələrin görüşü keçirilib. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Qarabağ Mərkəzinin və ADU-nun Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə keçirilən görüşdə İbad Hüseynovun döyüş yoldaşları və tələbələr iştirak ediblər. Görüşdə çıxış edən ADU-nun tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev igid vətən oğulları ilə keçirilən görüşlərin gənclərdə vətənpərvərlik ruhunun aşılanmasında önəmli rol oynadığını bildirib.  Ə.Əliyev Xocalı soyqırımının təşkilatçılarından olan, ASALA terror təşkilatının lideri Monte Melkonyanın İbad Hüseynovun başçılığı altında keçirilən xüsusi əməliyyat nəticəsində şəxsən  onun  tərəfindən öldürüldüyünü tələbələrin diqqətinə çatdırıb. Prorektor qeyd edib ki,  şanlı döyüş yolu keçmiş İbad Hüseynov  Azərbaycanın qəhrəmanlıq salnaməsinə öz imzasını yazıb.

Sonra İbad Hüseynovun döyüş yolunu əks etdirən videoçarx nümayiş olunub.

İ.Hüseynovun döyüş yoldaşı Məhəmməd Qədirov gənc nəslin vətənpərvər ruhda böyüməsi üçün belə canlı qəhrəmanların təbliğ edilməsinin əhəmiyyətindən söz açıb. Digər çıxış edənlər də bildiriblər ki, Monte Melkonyanın məhv edilməsi ilə insanlıq üçün törədilə biləcək ən ağır cinayətlərin qarşısı alınıb.   İ.Hüseynovun erməni terrorçusunu məhv etməsi ilə  yeni faciələrin qarşısının alındığı qeyd edilib.

"Azərbaycan bayrağı" ordenli İbad Hüseynov çıxış edərək  ona göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə minnətdarlığını bildirib.  O, gəncləri Vətəni sevməyə çağırıb.

Tədbir diskussiya şəklində başa çatıb. 

Şakir CƏFƏROV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov