Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

2 Noyabr 2012 - №43

 

Naxçıvan Müəllimlər İnstitutunda təqdimat mərasimi

 

Naxçıvan Müəllimlər İnstitutunda Naxçıvan Muxtar Respublikasının əməkdar həkimi, tibb elmləri üzrə fəlsəfə doktoru, dosent Adil Məmmədovun yeni çapdan çıxmış "Tibbi biliklərin əsasları" kitabının təqdimat mərasimi keçirilib. Mərasimi giriş sözü ilə ali təhsil ocağının rektoru, professor Oruc Həsənli açaraq bildirmişdir ki, Adil Məmmədov respublikamızdan savayı Rusiya, Ukrayna, Özbəkistan, Gürcüstan və digər ölkələrin dövri mətbuatında, respublika və beynəlxalq səviyyəli elmi konfrans, simpozium və qurultayların materiallarında dərc olunmuş 120-dən artıq elmi, 60-a yaxın publisistik məqalələrin, 10 metodik tövsiyənin, dərs vəsaiti və monoqrafiyaların müəllifidir.  

Bu günlərdə işıq üzü görən "Tibbi biliklərin əsasları" kitabında məqsəd isə cəmiyyətimizin bütün bilikli, elmli, ziyalı təbəqəsinə təbabətdən yığcam ümumi məlumat və vərdişlər aşılamaqdan ibarətdir. Kitabda tibbi bilikləri öyrənməyin əhəmiyyəti, ana bətnindən qocalanadək insanın anatomiya və fiziologiyası haqqında yığcam məlumat verilməklə yanaşı, orqanizmin hər bir üzvləri sistemində tez-tez rast gəlinən xəstəliklərin əlamətlərindən bəhs olunur.  Rektor çıxışında onu da diqqətə çatdırmışdır ki, ayrıca başlıqlarda oxucular üçün maraqlı ola biləcək cərrahi və yoluxucu xəstəliklər, zədələnmələr və digər məsələlər geniş şərh olunmuşdur.

Mərasimdə Səhiyyə Nazirliyinin cərrahiyyə üzrə baş mütəxəssisi, tibb elmləri üzrə fəlsəfə doktoru, Naxçıvan Muxtar Respublikasının əməkdar həkimi Sabir Novruzov, institutun pedaqoji fakültəsinin dekanı Azad Novruzov, ümumi fənlər kafedrasının baş müəllimi Hüseyn Novruzov, əlavə təhsil mərkəzinin metodisti Süsən Kərimli və başqaları A.Məmmədovun həkimlik və elmi fəaliyyətindən danışmışlar.

Sonda Adil Məmmədov səhiyyənin inkişafına göstərilən dövlət qayğısından danışmış, təşkil edilən mərasim üçün minnətdarlığını bildirmişdir.  

Naxçıvan Müəllimlər İnstitutunun Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov