Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

2 Noyabr 2012 - №43

 

"Dünya çempionu olmaq çoxdankı arzum idi"

 

Oxucularımızla tanış etmək istədiyimiz dünya çempionu İlqar Hüseynzadə 1998-ci ildə Bakı şəhərində dünyaya göz açıb. Altı yaşında Bakının Xətai rayonundakı Ayaz Məhərrəmov adına 95 nömrəli tam orta məktəbin 1-ci sinfinə gedib. Hazırda da həmin məktəbin IX sinfində oxuyur. İlqar 5 yaşından rayonda fəaliyyət göstərən "Ruslan" İdman Sağlamlıq Mərkəzində idmanın karate növü ilə məşğul olur. Ona burada Qara kəmər ustası olan məşqçi-müəllim Vüqar Kərimov karatenin sirlərini öyrədir. O, hazırda mərkəzdə məşqlərini davam etdirməklə yanaşı, Azərbaycan Karate Yığma Komandasında da məşğul olur. Komandanın baş məşqçisi Anar Allahverdiyevin rəhbərliyi altında bu oyunun bütün incəliklərinə yiyələnir. 

Hər qələbə bir sevincdir 

İlqarla təhsil aldığı orta məktəbdə görüşdük. Qazandığı idman uğurları ilə maraqlandıq. Hələ kiçik yaşlarından idmanın karate növünə olan marağından söhbət açdı. Çəkdiyi zəhmətin itmədiyini, hər yarışda qələbə qazandığını bir-bir sadaladı. Bildirdi ki, 2008-ci ildə ulu öndər Heydər Əliyevin anadan olmasının 85 illik yubileyinə həsr olunmuş respublika karate yarışında I yeri, 2011-ci ildə Azərbaycan Liqa turnirində 12-13 yaşadək olan idmançılar arasında keçirilən turnirdə I yeri, elə həmin il Gürcüstanın Batumi şəhərində prezident kuboku uğrunda keçirilən çempionatda II yeri, "Baku Open-2011"  karate yarışında I yeri tutaraq medallar, diplomlar qazanıb. Bu qələbələrin hər biri ona sonsuz fərəh və sevinc bəxş edib. Eyni zamanda bu uğurlar ona gələcək yarışlarda da qələbə qazanmaq üçün böyük ruh və qüvvə verib. 

"Erməni idmançısını 3:0 hesabı ilə uddum" 

2011-ci ildə Rostov şəhərində 12-13 yaşlı, 45 kiloqram çəki dərəcəsində oğlanlar arasında keçirilən Rusiyanın ordu generalı, iki dəfə Sovet İttifaqı Qəhrəmanı D.D.Levyuşenkonun xatirəsinə həsr olunmuş regionlararası "Ümid"  çempionatı mənim üçün daha gərgin və uğurlu bir yarış olub. Ona görə ki, final yarışında rəqibim erməni döyüşçüsü Armen Sarkisyan idi. Sözün doğrusu, yarışa başlayanda çox həyəcanlı idim. Zaldakı erməni tamaşaçılarının çoxluğu, oyun zamanı ona səs-küylə dəstək vermələri məni bir qədər qıcıqlandırırdı. Bütün bunlara baxmayaraq, var qüvvəmi səfərbər etmişdim. Armenə ilk zərbələrimi vurandan sonra bütün gərginliyim keçdi. Artıq mən 2:0 hesabı ilə irəlidə idim.  Fasilə zamanı Armen mənim ayağıma bərk bir zərbə vurdu. Mən də ona möhkəm bir zərbə vurandan sonra hər ikimizə xəbərdarlıq etdilər. Mən başa düşdüm ki, Armen uduzduğu üçün yarışı pozmaq istəyir. Amma onun murdar niyyəti baş tutmadı. Yarış davam etdi. Erməni döyüşçüsünü 3:0 hesabı ilə uddum. Birinci yerə çıxdım. Qızıl medala layiq görüldüm. Mən erməni idmançısına qalib gəldiyim üçün daha çox qürur hissi keçirirdim. Bu qələbəmə görə yaxın dostlarım, qohumlarım, məktəbimizin şagird və müəllim kollektivi də məni təbrik edib alqışladı. 

Türkiyədə dünya çempionu adını qazanıb 

Bu il martın 23-25-i tarixlərində Türkiyənin İstanbul şəhərində 44 ölkənin iştirak etdiyi karate üzrə keçirilən dünya çempionatında Azərbaycandan  120-ə yaxın idmançı iştirak edib.

Bu yarışda məşqçi-müəllim Vüqar Kərimovun da 15-ə yaxın şagirdi iştirak edib. Onların arasında İlqar Hüseynzadə də var idi. İlqar bu yarışa çox ciddi hazırlaşmışdı. Yarışlar martın 23-də başlasa da, İlqar bir gün sonra, martın 24-də 4 oyun keçirib. O bu döyüşdə əvvəlcə iki türkiyəli, bir misirli idmançını məğlub edərək finala çıxıb. Elə həmin gün final yarışında türkmənistanlı oyunçu ilə döyüşüb. Son dərəcə gərgin keçən döyüş 0:0 hesabı ilə nəticələnib. Amma bu yarışın nəticəsi qaydaya görə bayraq qaldırmaqla müəyyən edilib. Yarışı idarə edən beş hakimin hamısı İlqarın yüksək texnika ilə döyüşdüyünə görə yekdilliklə onun qalib olduğunu təsdiqləmək üçün bayraqlarını qaldırıblar. Beləliklə də İlqar Hüseynzadə 14-15 yaş qrupu arasında karate üzrə I yeri tutaraq dünya çempionu olub. O, Türkiyədən doğma Azərbaycana dünya çempionu kimi, qızıl medalla qayıdıb. Onun bu fərdi qələbəsi münasibəti ilə məktəblərinin həyətində təmtəraqlı bir tədbir keçiriblər. Məktəbin direktoru Tahir Süleymanov, fiziki tərbiyə müəllimləri Rasim Nəsibov, Kamil Mehdiyev və başqaları çıxış edərək bu yüksək qələbə münasibəti ilə onu səmimi-qəlbdən təbrik edib, doğma müəllimlərinin, məktəblərinin, məşqçilərinin başını uca etdiyinə görə ona təşəkkürlərini bildiriblər. Sonra İlqara məktəbin fəxri fərmanı və hədiyyələr təqdim olunub. 

"İlqar Azərbaycan bayrağını daha da yüksəklərə qaldıracaq" 

İlqar Hüseynzadənin məşqçisi III-dan qara kəmər ustası, beynəlxalq dərəcəli hakim Vüqar Kərimovun dediklərindən:

- İlqar 5 yaşından mənim yanımda məşqə başlayıb. Hələ ilk vaxtlar mən onda olan istedadı hiss etmişdim. Öz bacarığı ilə seçilən İlqar tez bir zamanda karatenin incəliklərinə yiyələnə bildi. Artıq 8-9 yaşlarında Azərbaycanda karate üzrə keçirilən müxtəlif yarışlarda iştirak etməyə başlayıb. O, 10-11 yaşlarında isə artıq ilk uğurlu nəticələr əldə edib.

İndi İlqarın 14 yaşı var. Azərbaycanın karate üzrə yığma komandasının üzvüdür. O, Türkiyənin İstanbul şəhərində keçirilən dünya çempionatının qalibi olub.

Mən bir məşqçi kimi inanıram ki, İlqar böyüklər arasında keçirilən Avropa və dünya çempionatlarında Azərbaycan bayrağını yüksəklərə qaldıran idmançılar sırasında olacaqdır.

İlqar bir an belə məşqlərindən qalmır, öz üzərində son dərəcə məsuliyyətlə çalışır. Valideynləri də bu işdə ona mənəvi dəstək olurlar.

İlqar hazırda daha bir beynəlxalq yarışa hazırlaşır. Həmin yarış bu il noyabrın 8-9-u tarixlərində Gürcüstanın Tbilisi şəhərində keçiriləcək "Tbilisi Open-2012" beynəlxalq turniridir. O, 14-15 yaşlı oğlanlar arasında keçiriləcək bu karate yarışından da qələbə ilə qayıtmaq arzusundadır. Bu çətin yarışda biz də ona uğurlar diləyir, arzuların çin olsun, deyirik!

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov