Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

2 Noyabr 2012 - №43

 

Məktəblilərin şahmat üzrə Dünya çempionatının ikincisi

 

İsmayıl Şahəliyev 1999-cu il mayın 29-da Bakı şəhərində anadan olub. Onda şahmata həvəs 4 yaşından babası ilə bu müdrik oyunu oynamaqdan başlayıb. İsmayılın şahmata olan marağını görən valideynləri 7 yaşından onu 2 nömrəli UGŞİM-nin baş məşqçisi, idman ustalığına namizəd Valeriy Suselinin rəhbərlik etdiyi təlim-məşq qrupuna yazdırıblar. O, hazırda Bakının Səbail rayonundakı M.Rahim adına 7 nömrəli tam orta məktəbin VII  sinfində oxuyur, dərs əlaçısıdır. Çoxlu bədii kitab oxumağı, şəkil çəkməyi, rəqs etməyi də sevir. Şahmata olan sonsuz marağı isə onu iştirak etdiyi yarışlarda daha yüksək nəticələr əldə etməyə gətirib çıxarıb.

İsmayıl 2007-ci ildə Bilik gününə həsr olunmuş şahmat üzrə respublika miqyaslı turnirdə III yerə, 8 yaşadək oğlanlar arasında XVIII Bakı kuboku uğrunda açıq  turnirdə III yerə, 2008-ci ildə IX əsr dahi Azərbaycan şahmatçısı Cəlaləddin Naxçıvaninin xatirəsinə həsr olunmuş respublika şahmat turnirində II yerə, şahmat üzrə UGŞİM-i arasında keçirilən respublika birinciliyinin zona yarışlarında II yerə, Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyi münasibəti ilə keçirilən açıq birincilikdə III yerə, 2009-cu ildə UGŞİM-nin yığma komandalarının respublika birinciliyinin Dəvəçi rayonunda keçirilən şahmat üzrə Bakı şəhər birinciliyində I yerə, 10 yaşadək oğlanlar arasında respublika çempionatında II yerə, 2010-cu ildə "Baku-Open" beynəlxalq şahmat turnirində 12 yaşadək oğlanlar arasında III yerə, 2011-ci ildə şahmat üzrə Bakı şəhər komanda çempionatında II yerə, 12 yaşadək oğlanlar arasında Bakı şəhər çempionatında I yerə çıxıb. Elə həmin ilin iyun ayında 12 yaşadək oğlanlar arasında respublika çempionatında I yeri tutaraq Azərbaycan çempionu olub. Dünya birinciliyinə vəsiqə qazanıb. O, iyul ayında 12 yaşadək yeniyetmələrin Respublika Şahmat Olimpiadasında II yeri, həmin ilin avqustunda isə "Baku-Open 2011" Beynəlxalq şahmat turnirində I yerin sahibi olub.

Uğurlarının sayını artırmaqda davam edən İsmayıl Şahəliyev 2012-ci ilin martında 14 yaşadək oğlanlar arasında keçirilən respublika çempionatında III yerə, apreldə "Gənclik-Open 2012" Beynəlxalq Şahmat turnirində II yerə çıxıb.

Həmin ilin aprel və mayında isə Rumıniyanın Yassi şəhərində məktəblilərin şahmat üzrə Dünya çempionatında 14 yaşlı oğlanlar arasında dünya ikincisi olub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2 nömrəli Uşaq Gənclər Şahmat İdman Məktəbinin yetirməsi olan İsmayıl bundan sonra da qələbələri ilə Azərbaycanın və doğma məktəblərinin adını ucaltmaq üçün var qüvvəsini əsirgəməyəcəkdir. İnanırıq ki, o, şahmat oyununun sirlərini daha da dərindən öyrənərək gələcək yarışlarda dünya birincisi olacaqdır. Bu çətin və şərəfli yolda İsmayıl Şahəliyevə biz də uğurlar diləyirik. 

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov