Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

9 Noyabr 2012 - №44

 

Ölkələrimiz arasında təhsil sahəsində genişlənən əməkdaşlıq milli maraqlarımıza xidmət edir

 

Noyabrın 7-də təhsil naziri Misir Mərdanov Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İsmail Alper Coşkun ilə görüşüb.

Qonağı Təhsil Nazirliyində görməkdən məmnunluğunu ifadə edən Misir Mərdanov öncə səfirə yeni işində uğurlar arzulayıb. Azərbaycanla Türkiyə arasındakı qarşılıqlı dostluğa, qardaşlığa əsaslanan çoxtərəfli və inkişaf etmiş münasibətlərə toxunan nazir iki ölkənin təhsil sahəsindəki əlaqələrinin inkişafı üçün olduqca geniş potensialın mövcudluğunu nəzərə çatdırıb.

Ölkəmizdə fəaliyyət göstərən Türk liseylərinin və Qafqaz Universitetinin fəaliyyətini yüksək dəyərləndirən nazir təhsil sahəsində mövcud əməkdaşlığın daha səmərəli təşkili üçün münasibətlərin yeni müstəvidə inkişafı məsələsinə diqqət çəkib. Təhsil naziri hər iki ölkənin müvafiq mütəxəssisləri arasında bu istiqamətdə müzakirələrin aparılmasının zəruriliyini qeyd edib.

Misir Mərdanov ölkələrimiz arasında təhsil sahəsində genişlənən əməkdaşlığın milli maraqlarımıza xidmət etdiyini diqqətə çatdırıb. Azərbaycanda gənclərin xaricdə təhsil almasına xüsusi önəm verildiyini  qeyd edən təhsil naziri bu baxımdan qardaş Türkiyənin nüfuzlu ali təhsil müəssisələri ilə əlaqələrin genişləndirilməsinin vacibliyini söyləyib. Nazir Azərbaycanın daha çox ehtiyac duyulan ixtisaslar üzrə xarici ölkələrə tələbə göndərilməsində maraqlı olduğunu vurğulayıb. Azərbaycan ilə Türkiyənin mehriban qardaşlıq münasibətlərinin inkişafı yolunda birgə elmi araşdırmaların əhəmiyyətinə toxunan təhsil naziri müvafiq istiqamətdə müzakirələrin aparılmasının məqsədəuyğun olduğunu bildirib.

Səmimi qəbul üçün təhsil naziri Misir Mərdanova təşəkkür edən Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İsmail Alper Coşkun qardaş Azərbaycanda çalışmaqdan qürur hissi duyduğunu qeyd edib. Səfir Türkiyə-Azərbaycan əlaqələri, təhsil sahəsi üzrə hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsi, birgə tələbə mübadiləsinin aparılması məsələlərindən söhbət açıb, Türkiyənin Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyəti barədə fikirlərini bildirib. Bu görüşün birgə əməkdaşlığın genişləndirilməsinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edən qonaq ölkələrimiz arasında təhsil sahəsində əlaqələrin müasir tələblər səviyyəsində qurulması istiqamətində səylərini əsirgəməyəcəyini nəzərə çatdırıb.

Daha sonra qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, ölkələrimizin qardaşlıq münasibətlərinin inkişafına xidmət edən təhsil sahəsindəki əməkdaşlığın genişləndirilməsi məsələləri ilə bağlı müvafiq təkliflər səsləndirilib.

 
 
 
Səhifənin başına qalx "Təhsil nazirliyində" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov