Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

9 Noyabr 2012 - №44

 

Noyabrın 7-də təhsil naziri Misir Mərdanov Macarıstan Respublikasının Azərbaycandakı
fövqəladə və səlahiyyətli səfiri Jolt Çutora ilə görüşüb

 

Misir Mərdanov qonağı Təhsil Nazirliyində görməkdən məmnunluğunu bildirib, ölkələrimiz arasındakı əlaqələrin son illərdə daha da inkişaf etdiyini, qarşılıqlı münasibətlərdə təhsil sahəsinin xüsusi yer tutduğunu qeyd edib. Nazir "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində azərbaycanlı gənclərin Macarıstanın ali məktəblərində təhsil alması məsələsinə toxunub və bu məqsədlə qeyd olunan ölkənin bir universitetinin müvafiq siyahıya daxil edildiyini nəzərə çatdırıb. Dövlət Proqramı üzrə müvafiq siyahıya Macarıstanın daha çox seçilmiş universitetinin əlavə olunmasının mümkünlüyünü önə çəkən təhsil naziri bu istiqamətdə iş aparılmasının zəruriliyini vurğulayıb.

Nazir Azərbaycanla Macarıstanın münasibətlərinin hazırkı səviyyəsinin iki ölkə arasında təhsil sahəsində daha səmərəli əməkdaşlığın qurulmasına əlverişli imkan yaradacağını nəzərə çatdırıb. Misir Mərdanov istər təhsil müəssisələri arasındakı əlaqələrin, istərsə də tələbə mübadiləsinin qarşılıqlı əməkdaşlığın inkişafına xüsusi töhfə verəcəyinə əminliyini ifadə edib.

Səmimi qəbul üçün təhsil naziri Misir Mərdanova minnətdarlığını bildirən Jolt Çutora ölkəsində Azərbaycanın yaxından tanındığını, xalqımıza dost münasibətin olduğunu söyləyib. Səfir bildirib ki, Macarıstanın ali məktəblərində oxuyan azərbaycanlı tələbələrin sayının artırılmasına və ümumilikdə təhsil sahəsi üzrə əlaqələrin genişləndirilməsinə təmsil etdiyi ölkə ciddi maraq göstərir. Xüsusilə tələbə mübadiləsinin artırılması üçün geniş potensialın mövcudluğunu vurğulayan qonaq Macarıstanın ali məktəblərində ingilis və rus dillərində tədris aparıldığını nəzərə çatdırıb.

Daha sonra qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, təhsil sahəsindəki əməkdaşlığın ölkələrimiz arasındakı hərtərəfli və yüksək səviyyəli əlaqələrin inkişafına layiqli töhfə verəcəyinə əminlik ifadə olunub.

 
 
 
Səhifənin başına qalx "Təhsil nazirliyində" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov