Sumqayıt
Dövlət Universitetində Dövlət Bayrağı Gününə həsr
olunmuş tədbir keçirildi. Tədbirdə rektor, professor
Nadir Qəhrəmanov çıxış edərək universitetin müəllim və
tələbə heyətini, tədbir iştirakçılarını Dövlət Bayrağı
Günü və Konstitusiya Günü münasibətilə təbrik etdi.
Rektor bu günün mahiyyətindən bəhs etdi, üçrəngli
bayrağın dövlətçiliyimizin və müstəqilliyimizin ən əziz,
ən uca atributlarından biri olduğunu bildirdi.
Konstitusiya Günü barədə də danışan rektor vurğuladı ki,
konstitusiyanın ölkəmizdə əsas hüquqi sənəd kimi
formalaşması və möhkəmlənməsində ulu öndər Heydər
Əliyevin əvəzedilməz rolu olmuşdur.
Sonra çıxış edən ümumi tarix kafedrasının müdiri,
professor Şirxan Səlimov Azərbaycanın konstitusiya
tarixi barədə məlumat verdi, əsas Qanunun bugünkü
cəmiyyətimizdəki rolundan bəhs etdi.
Azərbaycan tarixi kafedrasının müdiri, tarix elmləri
üzrə fəlsəfə doktoru, dosent Əmirxan İsayev isə
Azərbaycan bayrağının keçdiyi tarixi yola nəzər saldı,
bu milli atributumuzun formalaşmasının tarixi aspektləri
barədə danışdı.
Daha
sonra Dövlət Bayrağı Gününə həsr olunmuş bayram konserti
ilə tədbir davam etdi. Tələbələrin hazırladığı səhnələr
maraqla qarşılandı.
SDU-nun Mətbuat xidməti |