Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

16 Noyabr 2012 - №45

 

Pedaqoji təhsilli dayələrə üstünlük verilməlidir

 

Rusiyalı ekspertlər valideynləri diqqətli olmağa çağırır 

Uşağa mehriban və məsuliyyətli dayə seçməyə valideyn intuisiyası kömək edir. Lakin ekspertlər hesab edir ki, müasir Meri Poppinsin (yazıçı Pamela Treversin povestlərinin qəhrəmanı, sehrbaz dayə) mütləq pedaqoji təhsili və sanitar kitabçası olmalıdır. Rusiya Federasiyasının Uşaqlığın Psixoloji-Pedaqoji Problemləri İnstitutunun direktoru Tatyana Volosovetsin sözlərinə görə, "ilk növbədə, potensial dayənin təhsilinə diqqət yetirmək lazımdır. Əlbəttə, yaxşı olar ki, dayənin pedaqoji təhsil haqqında diplomu və ya heç olmasa, uşaqlarla minimal iş təcrübəsi olsun". 

Bundan əlavə, T.Volosovets valideynlərə işə götürdükləri zaman dayənin sanitar kitabçasına baxmağı tövsiyə edir. "Valideynlər həmin şəxsin sanitar kitabçasına baxsalar, onun hər hansı bir xəstəliyinin olub-olmadığını öyrənsələr, heç də pis olmaz. Bu hal yetərincə böyük risk ola bilər, o səbəbdən də müəyyən ayıqlıq göstərmək lazımdır", - deyə T.Volosovets qeyd edir.

Eyni zamanda T.Volosovets valideynlərə dayənin sahib olmalı xüsusiyyətlərinə etinasız yanaşmamağı tövsiyə edir. Psixoloq vurğulayır: "Bəzən bir dəfə söhbətdən sonra həmin insanın uşağa yarayıb-yaramaması, onun nə dərəcədə səmimi, mehriban olması, uşaqları başa düşməsi aydın olur. Bunu analıq intuisiyası deyə bilər".

Psixoterapevt Konstantin Olxovoy hesab edir ki, az qala ilk baxışdan dayənin uyğunluğunu müəyyənləşdirmək olar. Psixoterapevtin sözlərinə görə, "birinci olaraq uşağın dayə ilə danışığına, dayənin valideynlərin yanında uşaqla necə ünsiyyət qurmasına, bunu nə dərəcədə sakit etməsinə, uşağın qılığına girərək dilxoşluq etməməsinə, özünün necə yaxşı dayə olduğunu valideynlərə göstərməyə çalışmamasına diqqət yetirmək lazımdır. Dayə uşaqla nə qədər təbii ünsiyyət saxlasa, o qədər yaxşıdır".

K.Olxovoyun fikrincə, dayə, ilk növbədə, mehribanlıq, məsuliyyət və diqqət kimi keyfiyyətlərə malik olmalıdır. K.Olxovoy deyir: "Vacib deyil ki, dayənin bir neçə ali təhsili olsun, bu əksər hallarda yaxşı heç nədən xəbər vermir. Dayənin həyat təcrübəsi, zəkası olmalıdır".

Əgər valideyn dayənin işini peşəkar və məsuliyyətli yerinə yetirməsindən əmin deyilsə, o zaman uşağın davranışına diqqət yetirmək lazımdır. K.Olxovoy deyir: "Əgər valideyn yetərincə sayıq və diqqətlidirsə, onun uşaq üçün yaxşı və ya pis olduğunu başa düşəcək".

Psixoloq T.Volosovets də uşağın fikirlərini nəzərə almağı tövsiyə edir: "Uşaqdan dayənin onun xoşuna gəlib-gəlməməsini soruşmaq, uşaqla məşğul olduğu zaman ona yeni nə öyrətməsi, hansı kitabları oxuması, nağılları danışması ilə maraqlanmaq lazımdır". Ekspertin fikrincə, valideynlər uşağın intonasiyasından onun ailədəki vəziyyətdən razı qalmasını və ya qalmamasını anlaya bilər. "Əgər uşaq dayənin onu incitməsindən, danlamasından şikayətlənirsə, uşağın fikirləri nəzərə alınmalıdır, hətta videokamera ilə vəziyyəti yoxlamaq olar", - deyə T.Volosovets qeyd edir.

Psixoterapevt K.Olxovoy hər hansı yaxşı olmayan şübhələr yarandıqda dayəni izləmək üçün müşahidə kameralarından istifadəni tövsiyə etsə də, bildirir ki, "şantaj əlaqələri kəsmək üçün ən yaxşı vasitə olsa da, zənnimcə, konkret həmin dayəni izləmək üçün kamera quraşdırmaq əvəzinə bəlkə dayəni dəyişmək daha yaxşıdır?".

Ekspertlərin fikrincə, hazırda Rusiyada dayə seçilməsi üzrə çoxlu sayda agentliklərin fəaliyyət göstərməsinə baxmayaraq, dostların, tanışların tövsiyəsi ilə dayə seçənlərə daha tez-tez rast gəlinir. T.Volosovets əmindir ki, ən həssas və mehriban dayə belə uşağa yaşıdları ilə dəyərli ünsiyyəti əvəz edə bilməz.

"Mən uşaq bağçasının həll edə biləcəyi məsələlərin dayə tərəfindən əhatə olunmadığı qənaətindəyəm. Əlbəttə, uşaq üçün körpələrin arasında olmaq, kollektivdə təhsil almaq daha yaxşıdır. Bu, birmənalı olaraq belədir", - deyə T.Volosovets bildirir.

Psixoloq hesab edir ki, dayə haqqında məsələ uşaq bağçasında yer olmadıqda və ya uşağın sağlamlığı zəif olduqda qaldırıla bilər. 

"Ria Novosti"

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov