Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

16 Noyabr 2012 - №45

 

Naxçıvan Dövlət Universitetində elmi konfrans

 

Naxçıvan Dövlət Universitetində Yeni Azərbaycan Partiyasının 20 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirildi. Yeni Azərbaycan Partiyasının universitet şəhərciyi ərazi ilk təşkilatının təşkil etdiyi konfransı rektor, akademik İsa Həbibbəyli açaraq partiyanın 20 il oncə, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə, ölkədə mürəkkəb ictimai-siyasi şəraitin hökm sürdüyü bir dövrdə yarandığını xatırlatdı. Qeyd olundu ki, partiya qısa bir zamanda milli həmrəyliyə nail olmuş, sivil, demokratik fəaliyyəti ilə Azərbaycanın müstəqil dövlət quruculuğunda mühüm rol oynamışdır. Bu gün Azərbaycanın regionun lider dövlətinə çevrilməsində, beynəlxalq arenada böyük siyasi nüfuz qazanmasında, ölkənin hərtərəfli inkişafında yarım milyon siyasi həmfikiri öz ətrafında birləşdirən Yeni Azərbaycan Partiyasının misilsiz xidmətləri var.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Azərbaycan Respublikasının əməkdar müəllimi, YAP universitet şəhərciyi ərazi ilk təşkilatının sədri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Kamal Camalov "Yeni Azərbaycan Partiyasının inkişafında yeni mərhələ və müasir vəzifələr" mövzusunda məruzə edərək partiyanın  ziyalı, vətənpərvər gəncliyin inkişafındakı müstəsna rolundan bəhs etdi. Məruzədə partiyanın  universitet şəhərciyi ərazi ilk təşkilatının fəaliyyəti, mütəşəkkil siyasi-ideoloji iş aparması barədə ətraflı məlumat verildi.  Qeyd olundu ki, hazırda 2011 nəfər siyası həmfikiri öz ətrafında birləşdirən universitet şəhərciyi ərazi ilk təşkilatının sıralarına təkcə son tədris ilində 307 nəfər daxil olmuşdur. Təşkilatın tərkibində AMEA-nın həqiqi və müxbir üzvləri, tanınmış alim-pedaqoqlar vardır. Təşkilat üzvlərinin 218 nəfərini yaşlı və orta nəsil, 1421 nəfərini gənclər təşkil edir ki, bu da tələbə gəncliyin partiyaya olan rəğbət və etimadının bariz ifadəsidir. Təşkilat partiyanın tərkib hissəsi kimi dövlətçiliyimizin möhkəmlənməsində, ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideologiyasının yaşadılmasında və təbliğində, ölkə Prezidenti İlham Əliyevin siyasi xəttinin həyata keçirilməsində bundan sonra da məqsədyönlü fəaliyyətini davam etdirəcək.

Tarix üzrə fəlsəfə doktoru, dosent Allahverdi Hüseynov "Yeni Azərbaycan Partiyası və  Heydər Əliyev" mövzusunda məruzə etdi. Qocaman pedaqoq ümummilli liderin rəhbərliyi ilə yaradılmış partiyanı xalqın nicat, rifah və tərəqqi partiyası kimi dəyərləndirərək kollektivi yubiley münasibətilə təbrik etdi.

YAP sıralarına yeni qəbul edilmiş üzvlərə vəsiqələr təqdim olundu. Partiya sıralarına yeni qəbul edilmiş tələbələr adından ingilis dili ixtisası üzrə III kurs tələbəsi Elməddin Kərimov minnətdarlıq etdi.

Universitetin incəsənət fakültəsinin hazırladığı möhtəşəm konsert proqramı layiqli yubiley töhfəsi oldu.  

Mehriban SULTAN

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov