Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

16 Noyabr 2012 - №45

 

"Göz açıb ey vətən, mən səni gördüm..."

 

Bakının Binəqədi rayonunda yerləşən 182 nömrəli tam orta məktəbdə 12 noyabr - Konstitusiya Gününə həsr olunmuş "Göz açıb ey vətən, mən səni gördüm" mövzusunda ədəbi-bədii tədbir keçirilib.

Məktəbin akt zalında şagirdlər, müəllimlər və  valideynlərin iştirakı ilə reallaşan  tədbiri giriş sözü ilə məktəbin direktoru  Zinyət Tağıyeva açıb. Dövlət himni səsləndirilib. Sonra Z.Tağıyeva Konstitusiyamızın yaranma tarixi, ulu öndər Heydər Əliyevin Konstitusiyanın qəbul olunmasında misilsiz xidmətlərindən söz açıb, Prezident İlham Əliyev cənablarının bu sahədəki fəaliyyəti bir daha iştirakçıların diqqətinə çatdırılıb.

Qeyd edilib ki, 2200-dən artıq şagirdin təhsil aldığı, 200-dən artıq müəllimin işlədiyi bu təhsil ocağının fəaliyyəti müstəqil Azərbaycanda təhsilə göstərilən diqqətin təzahürüdür. Bu imkanları bizim üçün yaradan müstəqil Azərbaycanın qurucusu ulu öndər  Heydər Əliyevdir. 

Məktəbin pedaqoji kollektivi də bu qayğıya layiq olduğunu öz işi ilə təsdiqləyir. Təkcə 2011-2012-ci tədris ilində məktəbi bitirmiş  84 şagirddən 40 nəfəri ali məktəblərə qəbul olunub. Onlardan ikisi Türkiyədə və Ukraynada təhsilini davam etdirir. Qəbul olunan məzunların əksəriyyəti yüksək bal toplayıb, biri isə 675 bal toplayaraq Prezident təqaüdünə layiq görülüb.

Məktəb müəllimlərinin əməyi də  dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Bu qayğının bariz nümunəsi kimi hazırda tədris ocağında  "əməkdar müəllim" fəxri adına layiq görülmüş  və "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olan pedaqoqlar çalışırlar.

Direktor bildirib ki, məktəbdə şagirdləri vətənə məhəbbət ruhunda tərbiyə edirik. Bugünkü ədəbi-bədii kompozisiyanı da məzunumuz, hazırda məktəbimizdə  musiqi müəllimi işləyən  Nazimə Quliyevanın  rəhbərliyi altında şagirdlər  hazırlayıb və burada səslənəcək əksər mahnıların sözləri də Nazimə müəllimə məxsusdur.

Sonra tədbirdə şagirdlərdən ibarət  vokal qrupu Azərbaycana həsr edilmiş mahnı oxuyub.  Məktəblilər tərəfindən həmçinin Vətənə, Dövlət bayrağına, ulu öndərə həsr olunmuş  mahnılar ifa edilib. 

ƏDALƏT

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov