Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

16 Noyabr 2012 - №45

 

Yeni Azərbaycan Partiyasının  20 illiyinə həsr olunmuş "dəyirmi masa"

 

Noyabrın 8-də Azərbaycan Müəllimlər İnstitutunda Yeni Azərbaycan Partiyasının  20 illiyinə həsr olunmuş "dəyirmi masa" keçirildi. Tədbirdə institutun rəhbərliyi, professor-müəllim heyəti, gənc fəallar iştirak etdilər. "Dəyirmi masa"da YAP-ın AMİ təşkilatının sədri, ibtidai və məktəbəqədər təhsilin metodikası kafedrasının müdiri, professor Mircəfər Həsənov YAP-ın yaranma tarixindən, dövlətimiz üçün əhəmiyyətindən, xalq arasındakı nüfuzundan danışdı. O bildirdi ki, 1992-ci ildə  əsası qoyulmuş Yeni Azərbaycan Partiyası yarandığı gündən dövlətimizin rifahı üçün dayanmadan çalışmışdır. Professor M.Həsənov partiya haqqında danışarkən ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən, dahi şəxsiyyət kimi nümunəvi keyfiyyətlərindən və bu partiyaya verdiyi dəyərdən, eyni zamanda ulu öndərin gəncliyə göstərdiyi qayğıdan danışdı. Ulu öndərin daxili və xarici siyasətinin YAP-ın sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edən natiq çıxışının sonunda institutun rektoru, Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlının və öz adından bütün professor-müəllim heyətini və tələbələri yubiley münasibətilə təbrik etdi.

Sonra ibtidai və məktəbəqədər təhsilin metodikası kafedrasının müəllimi Vaqif İsmayılov müstəqillik dövründə Azərbaycan təhsilinin inkişafı ilə bağlı həyata keçirilən layihələrdən bəhs etdi. Ölkəmizdə təhsil sahəsində əldə edilmiş nailiyyətlərdən, dərsliklərin hazırlanmasından danışdı.

Təhsilin idarə edilməsi və peşə təlimi kafedrasının müəllimi, dosent Əsabəli Quliyev Azərbaycan təhsilinin bugünkü inkişafında ümummilli lider Heydər Əliyevin xidmətlərindən söz açdı, öz fikirlərini tədbir iştirakçıları ilə bölüşdü.

Tədbirdə iştirak edən digər müəllimlər də YAP-ın ölkəmizin inkişafında mühüm əhəmiyyətindən bəhs edərək partiya  tərəfindən həyata keçirilən və müxtəlif sferaları əhatə edən böyük layihələrin müsbət nəticələri haqqında fikirlərini bildirdilər. Çıxış edənlər ulu öndər Heydər Əliyev tərəfindən yaradılmış Yeni Azərbaycan Partiyasının ötən iyirmi il ərzində müstəqilliyimizin, dövlətçiliyimizin möhkəmlənməsində, Azərbaycan cəmiyyətinin inkişafında müstəsna xidmətlərinin olduğunu diqqətə çatdırdılar. Çıxışlarda Azərbaycan Müəllimlər İnstitutunda rektor, professor A.Naxçıvanlının rəhbərliyi ilə ali təhsil müəssisələri içərisində oxşarı olmayan ən böyük xüsusi mərkəzin - Heydər Əliyev Mərkəzinin yaradılması, mərkəzin əməkdaşları tərəfindən ulu öndərin irsinin öyrənilməsi və təbliği ilə əlaqədar aparılan işlərin əhəmiyyətindən bəhs edildi.

AMİ-nin Tələbə Gənclər Təşkilatının sədri Nərmin Ərəbli ulu öndər Heydər Əliyev və onun layiqli davamçısı, ölkə başçısı cənab İlham Əliyev tərəfindən Azərbaycan gəncliyinə verilən qiyməti xüsusi qeyd edərək onlar üçün ölkəmizdə yaradılmış şəraitdən danışdı. O, həmçinin YAP Nərimanov rayon təşkilatı tərəfindən keçirilən bütün tədbirlərdə, liderlik məktəblərində institutun tələbələrinin aktiv iştirak etdiklərini, müxtəlif diplomlarla təltif olunduqlarını bildirdi. II kurs tələbəsi Emil Paşayev çıxış edərək dövlət tərəfindən gənclərə göstərilən qayğı, qəbul edilmiş proqramlar, YAP-ın müasir gənclik üçün böyük önəm daşıması haqqında fikirlərini çatdırdı.

Sonda partiyaya qəbul edilmiş yeni üzvlərə vəsiqələr təqdim olundu. 

Azərbaycan Müəllimlər İnstitutunun Tələbə Gənclər Təşkilatı

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov