Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

16 Noyabr 2012 - №45

 

Müşfiqabad qəsəbəsində 67 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub

 

Qaradağ Rayon İcra Hakimiyyətindən AzərTAc-a bildirmişlər ki, noyabrın 14-də Müşfiqabaq qəsəbəsində əsaslı təmirdən sonra 67 nömrəli körpələr evi-uşaq bağçasının açılış mərasimi olmuşdur.

 Tədbirdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov iştirak etmişlər.

 Qeyd olunmuşdur ki, 1986-cı ildən fəaliyyət göstərən 67 nömrəli körpələr evi-uşaq bağçasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2011-ci il 4 may tarixli Sərəncamı ilə təsdiqlənmiş "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na əsasən yenidənqurma və əsaslı təmir işləri həyata keçirilmişdir.

 Bağçanın foyesində ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın uşaqlara diqqət və qayğısını əks etdirən fotostendlər yaradılmışdır.

 Ümumi sahəsi 2.389 kvadratmetr olan 220 yerlik bağçada körpələrin təlim-tərbiyəsi üçün hər cür şərait nəzərə alınmışdır. Burada yeməkxana, həkim, musiqi və digər otaqlar vardır. Bağçanın ətrafında geniş abadlıq işləri görülmüş, uşaqların istirahəti üçün müxtəlif attraksionlar quraşdırılmışdır.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov