Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

16 Noyabr 2012 - №45

 

Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin Elm və İnnovasiya Departamentinin nümayəndə heyəti
AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda olub

 

Ölkəmizdə səfərdə olan Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin Elm və İnnovasiya Departamentinin nümayəndə heyəti Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda olmuşdur.  

AMEA-dan AzərTAc-a bildirmişlər ki, görüşdə Qərbi Avropa üzrə Elm və İnnovasiya Departamenti nümayəndəliyinin rəhbəri Kenan Poleo AMEA-nın institut və təşkilatlarının əməkdaşları ilə görüşlərin keçirilməsinin məqsədinin Böyük Britaniyanın elm və tədris mərkəzləri ilə Azərbaycanın müvafiq mərkəzləri arasında əlaqələrin yaradılmasının təşkil edilməsi olduğunu diqqətə çatdırmışdır.

İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev informasiya texnologiyaları və informasiya cəmiyyətinin müxtəlif istiqamətləri üzrə aparılan elmi tədqiqatlar, müxtəlif informasiya-kommunikasiya texnologiyaları (İKT) layihələrinin həyata keçirilməsində görülən tədbirlər, informasiya texnologiyaları sahəsi üzrə yüksək ixtisaslı kadr hazırlığı, beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində görülən işlərdən söhbət açmışdır. Direktor elmi-texniki sahədə innovativ fəaliyyətin, elmi tədqiqatların beynəlxalq tələblərə uyğunlaşdırılmasının davamlı inkişafın əldə edilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdir. Elm, təhsil və innovasiyaların vəhdətinin mühüm amillərdən olduğunu qeyd edən direktor İKT-nin imkanlarından geniş istifadə etməklə elmi fəaliyyətin müasir tələblərə uyğun təşkili və inkişaf etdirilməsi, elmi idarəetmənin təkmilləşdirilməsi, milli elmi informasiya fəzasının formalaşdırılması istiqamətində elektron elm layihəsi çərçivəsində aparılan mühüm işlərdən söhbət açmışdır. R.Əliquliyev AzScienceNet Elm Kompüter Şəbəkəsi İdarəetmə Mərkəzinin fəaliyyəti haqqında da məlumat vermişdir.

AMEA-nın Radiasiya Problemləri İnstitutunun Beynəlxalq layihələr və informasiya şöbəsinin müdiri Mətanət Mehrabova, Geologiya İnstitutunun əməkdaşı Aleksandr Politayev, Şamaxı Astrofizika Rəsədxanasının Günəş fizikası şöbəsinin müdiri Namiq Cəfərov, Botanika İnstitutunun əməkdaşı Esmira Rzayeva, Zoologiya İnstitutunun əməkdaşı Şəfiqə Topçuyeva qonaqlara çalışdıqları elmi müəssisələrdə aparılan araşdırmalar, əsas elmi istiqamətlər, əldə olunan mühüm nəticələr haqqında ətraflı məlumat vermişlər.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov