Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

16 Noyabr 2012 - №45

 

Kimya dərslərində fəndaxili və fənlərarası inteqrasiya

 

Milli Kurikulumda orta təhsilin hər bir pilləsinin və eləcə də ayrı-ayrı fənlərin məqsəd və vəzifələri, təlim nəticələri ətraflı izah edilmişdir. Bu konsepsiyada qarşıda qoyulan məqsəd və nəticələrə nail olmaq üçün şagirdlərin fənlər üzrə əldə etdiyi bilik və bacarıqların əlaqələndirilməsi ilə yanaşı, digər fənlərin əhatə etdiyi anlayışlar sistemindən, bilik və bacarıqlardan da istifadə etmək nəzərdə tutulur.

Müasir dünyada baş verən sosial, mədəni, texnoloji dəyişikliklər hərtərəfli düşünmə qabiliyyətinin əhəmiyyətini xeyli artırır. Bu isə şagirdlərin passiv istehlakçı kimi deyil, ətraf aləmin dərk edilməsinə yaradıcı təfəkkürlə yanaşan fərqlər kimi qəbul edilməsinə gətirib çıxarır. Beləliklə, təhsil pilləsində öyrənilən fənlərin və onların əhatə etdiyi mövzuların əlaqəli-inteqrativ şəkildə tədris olunması aktuallaşır.

Tədris prosesində inteqrasiyadan istifadə etməklə şagirdlərin ayrı-ayrı fənlərdən biliyi uzlaşdırılır. Bu isə şagirdlərin fəallığının artırılmasına, mövzunun ətraflı mənimsədilməsinə, şagirdlərin dünyagörüşünün formalaşmasına kömək etməklə təhsilin stimullaşdırılmasına yardım edir.

Fəndaxili inteqrasiya zamanı məzmun informasiya cəhətdən daha tutumlu olur.

Məsələn, "Valentlik" mövzusu öyrənilən zaman ayrı-ayrı atomların xarici elektron təbəqəsində yerləşən elektronların sayının qrupun nömrəsindən asılılığı, onların valentlik elektronları adlandırılmasının səbəbləri aydınlaşdırılmaqla şagirdlər mövzular arasında əlaqəni araşdırır, valentliyin yaranma səbəblərini və əhəmiyyətini öyrənmiş olurlar.

Sinifdən-sinfə tədricən dərinləşən və genişlənən məzmun xətləri arasında varisliyin təmin olunması, eləcə də fənn üzrə məzmun xətlərini əlaqələndirmək, müvafiq məzmun standartlarının müəyyən tədris vahidlərində ifadə olunmasını təmin etmək tədrisin keyfiyyətini yüksəldir. Şagirdlərin əldə etdikləri biliklərdən istifadə etmək bacarıqlarını inkişaf etdirir.

Bir neçə fənnin (kimyanın tədrisində: biologiya, fizika, riyaziyyat və s.) əhatə etdiyi ortaq arayış, bilik və bacarıqların sintezi olmaqla fənnə aid olan anlayışların və metodların digər bir fənnin öyrənilməsində istifadəsini fənlərarası inteqrasiya həyata keçirir.

Məsələn, riyaziyyatda öyrənilən tənasüb, faiz kimi anlayışlar "Məhlullar və onlara aid məsələlərin həlli" mövzusunda ən çox sintez edilən anlayışlardandır. "Maddə kütləsinin saxlanması qanunu", "Maddə tərkibinin sabitliyi qanunu", "Avoqadro qanunu" və s. mövzulara aid məsələlərin həllində riyaziyyata və fizikaya aid anlayışlardan, "Aminlər, aminturşular", "DNT və RNT", "Karbohidratlar" və s. öyrənilməsində biologiyaya dair biliklərdən geniş istifadə olunur.

Müsbət haldır ki, müxtəlif fənlərə aid, lakin bir-birini tamamlayan, eləcə də oxşar mövzuların tədrisi vaxt etibarilə bir-biri il uzlaşdırılır. Bu da fənlərarası əlaqəni daha asan və məhsuldar edir.

Belə əlaqənin yaradılması şagirdlərin bilik və bacarıqlarından yaradıcı istifadəni təmin edir.

Burada bir fənnin əldə etdiyi nəticələrdən digər fənlərdə istifadə edilir. Müxtəlif fənlər və mövzular arasındakı əlaqələrin müəyyənləşdirilməsi, bu əlaqələrin fənlərarası anlayış və bacarıqların formalaşdırılmasında yaradıcılıqla istifadə olunması təlimin keyfiyyətinə yaxşı təsir edir, istənilən nəticəni əldə etməyə imkan yaradır. Nəzərdə tutulan məzmunun ətraflı mənimsədilməsi və şagirdlərin elmi dünyagörüşünün formalaşdırılmasında inteqrasiyanın rolu inkaredilməzdir.

Fəndaxili inteqrasiya zamanı üfüqi inteqrasiyadan istifadə fənn üzrə məzmun xətlərini əlaqələndirməklə məzmun standartlarının müəyyən tədris vahidlərində ifadə olunmasını təmin edir.

Kimya fənn kurikulumunda VII sinif üzrə müəyyənləşdirilmiş məzmun xətləri arasında əlaqə yaradılarkən maddənin tərkibi, quruluşu, fiziki xassələri, maddələr arasında qarşılıqlı əlaqələri, eləcə də kimyəvi xassələri, kimyəvi hadisələri, kimyəvi reaksiyaları, kimyəvi tənlikləri, kimyəvi reaksiyaların tətbiq sahələri üzrə lazımi biliklərə malik olmaqla kimyəvi reaksiyalar üzrə təcrübə aparmağı, sadə molekulları və reaksiyaları modelləşdirməyi bacarırlar.

Şaquli inteqrasiya sinifdən-sinfə tədricən dərinləşən və genişlənən məzmun xətləri arasında varisliyi təmin edir. Kimya dərslərində şaquli inteqrasiya yaradılarkən, məsələn, "Maddə və maddi aləm" məzmun xəttində maddələrin tərkibinin, quruluşunun, xassələrinin və s. aşağı siniflərdə öyrədilməsi, yuxarı siniflərdə maddələrin onların quruluşundan asılılığı səbəblərini aydınlaşdırmaq, quruluşuna görə maddələrin xassələrini proqnozlaşdırmaq, həyatda rast gəlinən saf maddələri və qarışıqları bir-birindən fərqləndirmək, müxtəlif üsullardan istifadə etməklə qarışıqları ayırmaq bacarıqlarının formalaşması imkanlarını genişləndirir. Eləcə də zəhərli maddələrlə davranmaq vərdişləri aşılayır.

"Kimyəvi hadisələr" məzmun xəttinə aid materialların sinifdən-sinfə keçdikcə genişləndirilməsi şagirdlərdə tədqiqatçılıq qabiliyyətlərinin güclənməsinə şərait yaradır. Maddələrin bir-birinə çevrilməsi, bu çevrilmələrin qanunauyğunluğunun dərk olunması, ətraf aləmdə baş verən çevrilmələrdən həyati məqsədlər üçün istifadə bacarıqları formalaşdırır.

"Eksperiment və modelləşdirmə" məzmun xəttində şagird VII sinifdə sadə molekulları modelləşdirməyi bacarırsa, VIII sinifdə kimyəvi prosesləri modelləşdirir. Bu zaman VII sinifdə molekulların modelləşməsi zamanı öyrəndiyi biliklərdən istifadə edir.

"Kimya və həyat" məzmun xəttində şagird ekoloji təmiz mühitin saxlanmasının niyyətini dərk edir, yuxarı siniflərdə ətraf mühiti çirkləndirən mənbələr haqqında məlumatlar toplayır, onun aradan qaldırılması yollarını izah edir, referatlar hazırlaya bilir. 

Gülpəri DƏMİROVA,
Şamaxı rayon Sabir qəsəbə tam orta məktəbin kimya müəllimi

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov