Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

16 Noyabr 2012 - №45

 

Nicatın arzusu dünya birincisi olmaqdır

 

 Haqqında söhbət açmaq istədiyimiz Nicat Niftəliyev 1996-cı ildə Bakıda anadan olub. 2002-ci ildə paytaxtda fəaliyyət göstərən 264 nömrəli tam orta məktəbin birinci sinfinə qəbul edilib. IX sinfi bitirdikdən sonra Bakı Sənaye Pedaqoji Kollecinə qaxil olub. Hazıda həmin kollecin ikinci kursunda təhsil alır. 2008-ci ildə Bakı şəhəri 8 nömrəli Üşaq-Gənclər İdman Məktəbinin məşqçi müəllimi, idman ustası Əbülfəz Məmmədovun təşəbbüsü ilə Nicat burada velosiped bölməsinə yazılıb. O, bir il məşq etdikdən sonra Bakıda və rayonlarda keçirilən velosiped yarışlarında müntəzəm iştirak etməyə başlayıb.

Nicat Quba, Qəbələ və Masallı rayonlarında keçirilən respublika çempionatlarında Azərbaycan birincisi olub. Medallar, fəxri fərmanlar və diplomlarla təltif olunub.

2011-ci ildən isə beynəlxalq yarışlara Türkiyənin Konya şəhərindən başlayıb. Həmin ilin aprelində burada "1-ci uluslararası RUMİ cocuq yarışı"nda dünyanın müxtəlif ölkələrindən gəlmiş ağır atletika, cüdo, böyük tennis və başqa idman növləri üzrə yarışlar keçirilirdi. Eyni zamanda 8 ölkənin iştirak etdiyi velosiped yarışında UGİM-nin də 4 idmançısı - Nicat Niftəliyev, Elgün Əlizadə, Zöhrab Məmmədov və Elman İlyasov da var idi. Bu qrup yürüşündə 60 kilometr məsafə qət edilməli idi. Yarış Konya şəhərinin mərkəzi küçəsindən başlayıb. Türkiyənin, Rumıniyanın, Bolqarıstanın, Moldovanın və başqa ölkələrin 60-a yaxın seçmə velosipedçilərinin iştirak etdiyi bu yarışda Nicat Niftəliyev finiş xəttinə 2-ci çatıb və gümüş medal qazanıb.

8 nömrəli UGİM-nin direktoru Kamran Qasımovla görüşümüz zamanı bildirdi ki, velosiped idmanı üzrə gənclərdən ibarət Azərbaycanın milli komandası baş məşqçi Əbülfəz Məmmədovun rəhbərliyi altında 2012-ci il iyulun 9-dan avqustun 20-nə qədər Avropanın bir sıra şəhərlərində hazırlıq məşq toplantısı keçirib. Bu səfərdə əsas məqsəd milli komandamızın Niderlandda təşkil olunan 48-ci Avropa Velosiped Turunda və avqustda keçirilən Avropa çempionatında iştirak etməkdən ibarət olub. Beş nəfərdən ibarət olan milli komandanın tərkibində 8 nömrəli UGİM-nin yetirmələrindən Nicat Niftəliyev, Elgün Əlizadə və Sirac Hüseynzadə də olub.

İlk təlim məşq toplantısı Belçikada keçirilib. Milli komandamız Belçikada olduğu müddətdə intensiv olaraq məşqlərdə iştirak edib. Onlar velosiped idmanının həm şose, həm də trek növündə təcrübələrini artırıblar. Respublikamızda əsasən, düz və enli şoselərdə velosiped sürməyi öyrənmiş idmançılarımız üçün Belçikada keçirilən təlim məşq hazırlıqları öz vərdiş və bacarıqlarını artırmağa çox böyük imkanlar yaradıb.

Kamran müəllimin sözlərinə görə, milli komandamız Niderlandda təşkil olunan iki yarışda uğurla iştirak edib. Niderlandın Assen şəhərində keçirilən 48-ci Avropa velosiped turunda iştirak edən Azərbaycan milli komandasının üzvü Nicat Niftəliyev Kriterium  yarışında III yeri tutaraq bürünc medalla təltif edilib. Həmin yarışda milli komandanın digər üzvləri ümumi nəticədə ilk iyirmiliyə düşüblər.

Nicat hazırda ölkə və beynəlxalq yarışlara çox ciddi hazırlaşır. Onun ən böyük arzusu isə velosipedçilər arasında dünya birincisi olmaqdır. Nicatın məşqçisi Mübariz Məmmədov da onun bu arzusunun reallığa çevriləcəyinə inanır.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov