Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

16 Noyabr 2012 - №45

 

Cüdo üzrə Avropa kubokunun sahibi

 

Məhəmməd Nuri 2012-ci ildə Bakıda anadan olub. 2008-ci ildə paytaxtda fəaliyyət göstərən "Zəngi" liseyinin birinci sinfinə qəbul olunub. Dərs əlaçısıdır.

Məhəmməd 4 yaşından Bakıdakı 10 nömrəli Uşaq-Gənclər İdman Məktəbində idmanın cüdo növünə üzv yazılıb. Burada o, müəllimi, əməkdar məşqçi Vüqar Aliyevin rəhbərliyi altında cüdo idman növünün sirlərinə yiyələnməyə başlayıb. İlk yarışlarda 7 yaşı olarkən idman məktəblərinin açıq birinciliyində 30 kq çəki dərəcəsində çıxış edib və I yeri tutub.

M. Nuri 2011-ci ildə Türkiyənin Urfa şəhərində cüdo üzrə keçirilən turnirdə 30 kq çəki dərəcəsində I yerin sahibi olub. Qızıl medal, diplom və kubokla təltif olunub. Elə həmin ilin aprelində isə İran İslam Respublikasının Ərdəbil şəhərində keçirilən  1-ci Fəcr beynəlxalq turnirində 34 kq çəki dərəcəsində I yerə layiq görülüb. O, 2012-ci ildə də İranın Ərdəbil şəhərində təşkil olunan 2-ci Fəcr beynəlxalq turnirində I yeri tutaraq qızıl medal qazanıb.

Bu günlərdə 10 nömrəli UGİM-nin direktoru İlqar Nuruyevdən aldığımız məlumatda  bildirilir ki, məktəbin fəxri sayılan Məhəmməd Nuri bu ilin 12-17 may tarixlərində Ukraynanın Odessa şəhərində 10-12 yaşlı yeniyetmələr arasında cüdo üzrə IX Beynəlxalq Avropa turnirində iştirak edib. O, 16 ölkədən 800-dən çox idmançının 9 çəki dərəcəsində mübarizə apardığı bu yarışda 34 kq çəki dərəcəsində I yeri qazanaraq qızıl medalın və Avropa kubokunun sahibi olub. 

Səhifəni hazırladılar: Ədalət DAŞDƏMİRLİ, Rəşad RAMAZANOĞLU

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov