Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

23 Noyabr 2012 - №46

 

Paytaxt məktəblərində reydlər

 

Noyabrın 21-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşəbbüsü və media nümayəndələrinin iştirakı ilə paytaxtın Yasamal rayonundakı ümumtəhsil məktəblərində reydlər keçirildi. Reydlərdə məqsəd təhsil ocaqlarında məktəbli formasından istifadə edilməsi vəziyyətini və istilik sistemini yoxlamaq idi. Reydlər  paytaxtın 11 rayonunda  eyni  vaxtda   keçirildi. Bizim də daxil olduğumuz monitorinq qrupu reydə Yasamal rayonundakı 308 nömrəli orta məktəbdən başladı. Şagirdlərin vahid məktəbli formasına riayət  olunması, istilik sistemi ilə bağlı buradakı vəziyyəti qənaətbəxş hesab etmək olardı. Belə ki, istər ibtidai siniflərdə, istərsə də yuxarı siniflərdə vahid məktəbli formasına əməl olunurdu, istilik sistemi işlək vəziyyətdə idi.

Sonra 38 nömrəli məktəbə yollandıq. Cari ildə əsaslı təmir olunan məktəbin istilik sistemi yüksək səviyyədə işləyirdi. Vahid məktəbli formasının tətbiqinə gəldikdə isə müxtəlif siniflərdə 1-2 şagirddən başqa, demək olar ki vəziyyət normal idi. Adıçəkilən məktəbdə ürəkaçan görüntülərdən biri də müəllimlərin vahid formada olması idi.

Reydlər zamanı KİV nümayəndələrinə müsahibə verən BŞTİ-nin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı reydlərin davam edəcəyini bildirdi. O, vahid məktəbli formasının icbari xarakter daşıdığını, lakin buna baxmayaraq forma geyinməyən şagirdlərə qarşı cəzaların tətbiq edilməsinin qanunla mümkün olmadığını, yalnız həmin məktəblərin direktorlarının məsələyə daha diqqətlə yanaşmalı olduğunu qeyd etdi. Bəzi məktəbli qızların  formalarının ətəklərinin qısa olduğunu, şagirdlərin müxtəlif aksessuarlardan istifadə etdiyini  bildirən Z.Əliqızı bu məsələyə, birinci növbədə, valideynlərin  nəzarət etməli olduqlarını nəzərə çatdırdı.  Satışda olan formaların ətəklərinin o qədər qısa olmadığını qeyd edən Z.Əliqızı məktəb direktorlarının da bu məsələyə ciddi yanaşmalarının vacib olduğunu bildirdi. 

Niyazi RƏHİMOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov