Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

23 Noyabr 2012 - №46

 

Qafqaz Universiteti ilə Türkiyənin iki universiteti  arasında Anlaşma Memorandumu imzalanıb

 

Qafqaz Universiteti ilə qardaş Türkiyənin Muğla Sıtkı və Rizə Rəcəb Tayyib Ərdoğan universitetləri arasında Anlaşma Memorandumu imzalanıb. Bu münasibətlə Qafqaz Universitetinin Tempus ofisində mərasim keçirilib.

Tədbiri giriş sözü ilə açan  Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç Azərbaycan və Türkiyənin mehriban qardaşlıq münasibətlərindən  danışıb. Rektor  müasir dünyada təhsilin önəmli rolunu qeyd edərək bu sahədə əməkdaşlığın vacibliyini söyləyib.  Sonra söz Muğla Sıtkı Universitetinin rektoru, professor Mansur Harmandara verilib. Rektor "Qafqaz Universitetinin nailiyyətlərini çox duymuşdum,  bəli, indi də gəldim gördüm,  duyduğum kimidir, sizlərə uğurlar arzulayıram", - söyləyib. Mərasimdə Rizə Rəcəb Tayyib Ərdoğan Universitetinin rektoru, professor Arif Yılmaz da çıxış edib.  O, Qafqaz Universiteti ilə qurulacaq əlaqələrin gözəl bəhrə verəcəyindən söz açıb.

Sonra Anlaşma Memorandumu imzalanıb. Sənədi Qafqaz Universitetinin rektoru  Ahmet Saniç və Türkiyənin Muğla Sıtkı və Rizə Rəcəb Tayyib Ərdoğan universitetlərinin rektorları imzalayıblar.  Memorandumda universitetlər  arasında elm və təhsil sahələrində əlaqələri inkişaf etdirmək və tələbə-müəllim mübadiləsi məsələləri nəzərdə tutulub.  

Qafqaz Universitetinin Mətbuat xidmət

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov