Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

23 Noyabr 2012 - №46

 

Seminara yekun vurulub

 

Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərinin bir qrup müəllimi üçün NDU-da kimya, fizika, biologiya fənləri üzrə keçirilən dörd günlük seminar başa çatmışdır. Təhsil Nazirliyi ilə birgə təşkil olunmuş seminarın yekun tədbirində Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev çıxış edərək Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında ümummilli lider Heydər Əliyevin təhsil strategiyasının uğurlu davamından, təhsil işçilərinin qarşısında  duran mühüm vəzifələrdən danışmışdır. Qeyd olunmuşdur ki, Təhsil Nazirliyinin birbaşa nəzarəti və universitet rəhbərliyinin yüksək təşkilatçılığı ilə baş tutan, müəllimlər üçün faydalı olacaq belə seminarlar ən müxtəlif fənlər üzrə gələcəkdə də keçiriləcək.

Universitetin tədris işləri üzrə prorektoru, filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Surə Seyid  universitetdə tədris üçün yaradılan yüksək şəraitdən, elmdə və təhsildə qazanılan uğurlardan danışmışdır. Xatırladılmışdır ki, ali və orta ümumtəhsil məktəbləri ilə belə əlaqəli tədbirlər, bilik və təcrübə mübadiləsi, mövcud problemlərin aradan qaldırılması, gələcək pedaqoji fəaliyyət prinsiplərinin düzgün müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Tədbirdə universitetin kimya kafedrasının müdiri, kimya elmləri doktoru Tofiq Əliyev, botanika kafedrasının müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Musa Piriyev, ümumi və nəzəri fizika kafedrasının müdiri, fizika üzrə fəlsəfə doktoru, dosent Fərman Qocayev, seminar iştirakçıları adından Ordubad rayon Çənnəb kənd tam orta məktəbinin kimya müəllimi Elçin Əsədli, Babək rayon Yarımca kənd orta məktəbinin fizika müəllimi Gülgəz Həsənova çıxış etmişlər.  

Mehriban SULTAN

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov