Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

23 Noyabr 2012 - №46

 

AMİ respublika çempionatının seçim turunda komanda sayına görə lider oldu

 

Noyabrın 17-də Azərbaycan Müəllimlər İnstitutunda "Nə? Harada?  Nə zaman?" intellektual oyunu üzrə tələbələrarası respublika çempionatının seçim turu keçirildi. İnstitutun tərbiyə işləri üzrə prorektoru s.e.f.d. Rəşad Sadıqov çıxış edərək, ilk növbədə, AMİ-nin rektoru, Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlının adından yarış iştirakçılarını salamladı. Tədbirin əhəmiyyətindən, son aylarda tələbələrin müxtəlif yarışlarda əldə etdikləri nailiyyətlərdən danışan R.Sadıqov yarışın keçirilmə tarixinin çox əlamətdar günə təsadüf etdiyini də vurğuladı. 17 noyabr Milli Dirçəliş Günü və eyni zamanda Beynəlxalq Tələbə Günü münasibətilə bütün tələbələri təbrik etdi, yüksək intellektual yarışın seçim turunda və qarşıdakı final mərhələsində onlara müvəffəqiyyətlər arzuladı. O, bu cür yarışların tələbələrin öz asudə vaxtlarını keyfiyyətli dəyərləndirməsinə və elmi-məntiqi qabiliyyətlərini ortaya çıxarmasına, onların intellektual potensialının mübarizədə qiymətləndirilməsinə imkan yaratdığını qeyd etdi. Bildirdi ki, AMİ-nin hər biri 6 nəfərdən ibarət olmaqla, 22 komanda heyəti ilə bu oyunda iştirak edir. İnstitutun filialları ilə 79 komandanın yarışda iştirak etməsi  o deməkdir ki, ümumilikdə çempionatda mübarizə aparan 2800-dən çox tələbədən 474-ü məhz Azərbaycan Müəllimlər İnstitutu və onun filiallarında təhsil alan tələbələrdir.

Xəzər İntellektuallar Klubunun rəhbəri Seymur Teymurov intellektual oyunların inkişafı üçün yaradılmış şəraitə, yüksək təşkilatçılığa görə institutun rektoru, professor A.Naxçıvanlıya öz minnətdarlığını bildirdi. Bildirdi ki,  bu çempionat Xəzər İntellektual Gənclər Klubu, İrəli İctimai Birliyi, Azərbaycan İntellektual Oyunlar Federasiyası, Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə Beynəlxalq Klublar Assosiasiyasının lisenziyası əsasında təşkil edilmişdir. Nəticədə, institutun Ağcabədi, Zaqatala, Sumqayıt, Gəncə, Quba, Şamaxı filiallarından hərəsindən bir, Şəki və Salyan filiallarından iki komanda finala vəsiqə qazanıb.

Daha sonra oyun meydanında tədbirin aparıcısı Tələbələrarası Azərbaycan Çempionatı təşkilat komitəsinin üzvü, Turan İntellektual Oyunlar Klubunun prezidenti Vüqar Zeynalov yarışın qaydaları haqqında ətraflı məlumat verdi, iştirakçıları maraqlandıran sualları cavablandırdı.

Oyun şəffaf şəraitdə keçdi və komandalar bacardıqları qədər öz intellektual və məntiqi potensiallarını nümayiş etdirdilər. Yarışda xal hesabına görə "Kristal", "Mirvari", "Mübarizlər" və "Gənc müəllimlər" komandaları bir-birlərinə çox yaxın idilər. Sonda "Kristal" komandası xal və reytinq hesabına görə çempionatın final mərhələsinə vəsiqə qazandı.

Bildirək ki, "Nə? Harada? Nə zaman?" oyunu tələbələrarası respublika çempionatının final mərhələsi noyabrın 25-də keçiriləcək. 

Azərbaycan Müəllimlər İnstitutunun
Tələbə Gənclər Təşkilatı

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov