Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

23 Noyabr 2012 - №46

 

Azərbaycan gimnastı iki dəfə Qran-pri yarışlarının gümüş mükafatçısı olub

 

Lalə Yusifova Bakıdakı 236 nömrəli tam orta məktəbin X "e" sinif şagirdidir. O, neçə illərdir ki, bədii gimnastika ilə məşğul olur. İştirak etdiyi rayon, şəhər və beynəlxalq turnirlərdə medallarının sayını artırmaqda davam edir.

Bu günlərdə Azərbaycan Gimnastika Federasiyasından aldığımız məlumatda bildirilir ki, Lalə Yusifova Çexiyanın Brno şəhərində keçirilən Qran-pri yarışlarında iştirak edib. Bakı gimnastı burada iki gümüş medala sahib olub. Lalənin birinci gün keçirilən çoxnövçülük yarışında fəxri kürsiyə qalxmaq üçün cəmi yarım balı çatmayıb. Final turnirinin ikinci günü isə gürz və lentlə hərəkətlərdə qazandığı medallar və diplomlarla yanaşı, ona "Bohema" büllur kuboku da təqdim edilib.

Bu yarışın nəticəsindən razı qalan bədii gimnastika üzrə milli komandanın baş məşqçisi Mariya Vasilyeva bildirib ki, Lalə son dörd yarışda sabit olaraq yaxşı nəticələr göstərib. O, inkişaf edir, daim qələbə qazanmaq əzmini artırır. Bu, əsl idmançı üçün çox yaxşı haldır.   

Hazırladılar: Ədalət DAŞDƏMİRLİ,
Şakir CƏFƏROV,
Rəşad ZİYADOV

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov