Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

23 Noyabr 2012 - №46

 

Voleybolçu qızlar Bakı turnirində birinci yeri tutublar

 

Bakı şəhərindəki 15 nömrəli Uşaq-Gənclər İdman Məktəbi 1977-ci ildən fəaliyyət göstərir. Burada voleybol, basketbol, üzgüçülük, şahmat və futbol bölmələri var. Bir qədər ətraflı söhbət açmaq istədiyimiz voleybol bölməsində 162 şagird bu idman növünün sirlərinə baş məşqçi Tatyana Karijovanın rəhbərliyi altında yiyələnir.

Müxtəlif yaş qrupları üzrə yaradılmış voleybol komandasının üzvləri rayon, şəhər və respublika yarışlarında  iştirak edərək qələbələr qazanırlar. Onlar ötən ilin aprel-may aylarında 1997-1998-ci illər təvəllüdlü qızlar arasında keçirilən IV Respublika oyunlarının zona final yarışlarında və 15-16 noyabr tarixlərində Azərbaycan Respublikasının Dövlət müstəqilliyinin bərpasının iyirmi illiyinə həsr olunmuş VI Spartakiada yarışlarında I yeri tutaraq diplomlarla təltif olunublar. 2012-ci ilin 20-25 mart tarixlərində isə 1998-1999-cu il təvəllüdlü qızlar arasında keçirilən VIII Respublika oyunlarının zona final yarışlarında onlar II yeri tutaraq diplom və hədiyyələrlə mükafatlandırılıblar.

Bu günlərdə 15 nömrəli UGİM-in direktoru Cəmil Fətullayevdən aldığımız məlumatda  bildirilir ki, Azərbaycan Voleybol Federasiyası, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi bu il 2-6 noyabr tarixlərində voleybol üzrə 1998-1999-cu illər təvəllüdlü qızlar arasında Bakı şəhər açıq turniri keçirib. Bu turnirin keçirilməsində əsas məqsəd ölkəmizdə 2012-ci ilin "İdman ili" kimi qeyd olunması, voleybol idman növünün təbliği və inkişaf etdirilməsi, xarici ölkələrin idmançıları arasında ikitərəfli əlaqələrin genişləndirilməsi və idmançıların ustalıq səviyyəsinin artırılmasıdır. 9 komandanın iştirak etdiyi bu yarış Azərbaycan Voleybol Federasiyasının zalında dairəvi sistem üzrə keçirilib.

Noyabrın 6-da başa çatan turnirdə 15 nömrəli UGİM, Sumqayıt, Qax, Xətai, Lokomativ, Sabunçu, Suraxanı, Nəqliyyat və Azərreyl komandaları iştirak edib.

Ümumilikdə 9 komanda 3 yarımqrupda mübarizə aparıb. 15 nömrəli UGİM və Lokomativ  I yerə, Sumqayıt II, Azərreyl komandası isə III yerə layiq görülüb.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov