Respublika muğam ifaçılarının Beynəlxalq Muğam
Festivalında iştirakını təmin etmək, istedadlı muğam
ifaçılarını üzə çıxarmaq məqsədilə
ƏMR EDİRƏM:
1. III respublika muğam müsabiqəsi vokal və instrumental
musiqi nominasiyaları üzrə 2013-cü ilin 15 fevral
tarixində Bakı şəhərində keçirilsin.
2. Müsabiqənin əsasnaməsi, təşkilat komitəsi (əlavə 1)
və münsiflər heyətinin tərkibləri (əlavə 2) təsdiq
olunsun.
3. Qaliblərin seçilməsi Azərbaycan Milli
Konservatoriyasına (S.Kərimi) və Azərbaycan Milli
Konservatoriyası nəzdində Musiqi Kollecinə (N.Kazımov)
tapşırılsın.
4. Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsi (A.İbrahimov)
müsabiqənin yüksək səviyyədə keçirilməsi üçün lazımi
təşkilati işləri həyata keçirsin.
5. İqtisadiyyat şöbəsi (Ş.Əliyev) təsdiq edilmiş xərclər
smetasına uyğun olaraq müsabiqənin keçirilməsi ilə bağlı
xərclərin ödənilməsini təmin etsin.
6. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan
müəllimi" qəzetində dərc edilməsini və əsasnamə ilə
birlikdə nazirliyin İnternet səhifəsində
yerləşdirilməsini təmin etsin.
7. Əmrin icrasına nəzarət nazir müavini Q.Novruzova
həvalə olunsun.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
27 noyabr 2012-ci il |