Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

30 Noyabr 2012 - №47

 

Bakı Dövlət Universitetində "Çin - Şərqdən gələn dostluq" adlı fotosərgi açılıb

 

Noyabrın 24-də Bakı Dövlət Universitetində (BDU) Çinin Sinxua Xəbər Agentliyinin və BDU nəzdində Konfutsi İnstitutunun "Çin - Şərqdən gələn dostluq" adlı ilk fotosərginin açılış mərasimi olmuşdur.

AzərTAc xəbər verir ki, Azərbaycan ilə Çin arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyinə həsr olunmuş sərgi Sinxua Xəbər Agentliyinin Bakı bürosunun, BDU nəzdində Konfutsi İnstitutunun və Çinin Anxoy Universitetinin birgə təşkilatçılığı ilə keçirilir.

Mərasimdə çıxış edən BDU-nun rektoru, Milli Məclisin deputatı akademik Abel Məhərrəmov universitetin nəzdində 2004-cü ildən başlayaraq Çin dilinin tədris edildiyini bildirmişdir. Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə də, bu gün də ölkəmiz ilə Çin arasında əlaqələrin inkişaf etdiyi diqqətə çatdırılmışdır. Rektor Asiya ölkələri dillərinin universitetdə tədrisinin də bu siyasət əlaqələrinin davamı olduğunu demişdir. Azərbaycan ilə Çin arasında bütün sahələrdə, o cümlədən də təhsil sahəsində əlaqələrin inkişaf etdiyini deyən A.Məhərrəmov BDU nəzdində Konfutsi İnstitutunun yaradılmasının bu münasibətlərin nəticəsi olduğunu vurğulamışdır. O, universitetdə belə bir sərgini təşkil etdikləri üçün Çinin Azərbaycandakı səfiri Xun Tsyuinə, Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) baş direktoru Aslan Aslanova və təşkilatçılara təşəkkürünü bildirmişdir.

Tədbirdə Sinxua Xəbər Agentliyinin Moskva bürosunun Asiya-Avropa bölməsinin rəhbəri xanım San Xua Azərbaycan ilə Çin arasında diplomatik əlaqələrin yüksək səviyyədə olduğunu bildirmişdir. S.Xua "Çin - Şərqdən gələn dostluq" adlı ilk fotosərginin Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyi münasibətilə təşkil edildiyini bir daha diqqətə çatdırmışdır.

Nümayəndə Sinxua fotoqalereyasının şəkilləri əsasında yaradılan sərginin ölkələrimiz arasında dostluq əlaqələrinin inkişafına xidmət etdiyini, azərbaycanlıların Çin xalqının mədəniyyəti və incəsənəti ilə yaxından tanış olacaqlarına əminliyini bildirmişdir.

AzərTAc-ın baş direktoru Aslan Aslanov sərgini Azərbaycan və Çin arasındakı dostluq əlaqələrinin nəticəsi kimi qiymətləndirmişdir. A.Aslanov ölkələrimiz arasında dostluq münasibətlərinin qədim tarixi olduğunu söyləmişdir. Baş direktor bu münasibətlərin əsasının ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi illərində qoyulduğunu diqqətə çatdırmış, bu gün Çinin Sinxua Xəbər Agentliyi ilə AzərTAc arasında geniş əməkdaşlıq əlaqəsinin olduğunu söyləmişdir. A.Aslanov agentliklərimiz arasında dostluq münasibətlərinin bu gün daha da inkişaf etdiyini, qarşılıqlı informasiya mübadiləsi aparıldığını diqqətə çatdırmışdır. Baş direktor onu da bildirmişdir ki, dünyada ən nəhəng xəbər agentlikləri qurumlarından biri Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Alyansıdır ki, burada dünyanın 33 ölkəsi birləşmişdir. A.Aslanov Çinin Sinxua Xəbər Agentliyi və AzərTAc-ın baş direktorlarının həmin alyansın altı nəfərdən ibarət büro üzvlərindən olduqlarını diqqətə çatdırmış, Bakıda Sinxua Xəbər Agentliyinin müxbir məntəqəsinin, Pekində isə AzərTAc-ın müxbir məntəqəsinin fəaliyyət göstərdiyini vurğulamışdır. Baş direktor bu fotosərginin AzərTAc-da davam edəcəyini söyləmiş və sərginin təşkilatçılarına təşəkkürünü bildirmişdir.

Sonra mərasim iştirakçıları fotosərgi ilə tanış olmuşlar.

Mərasimdə Çinin Azərbaycandakı səfiri Xun Tsyuin, səfirliyin hərbi attaşesi Liu Hun, birinci katibi xanım Li Yunxuy, Sinxua Xəbər Agentliyinin Asiya-Avropa Bürosunun marketinq üzrə meneceri Van Tsıbo Yan iştirak etmişlər.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov