Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

30 Noyabr 2012 - №47

 

Azərbaycan Dillər Universitetində QİÇS-lə Mübarizə Gününə həsr olunmuş tədbir

 

Noyabrın 26-da Azərbaycan Dillər Universitetində (ADU) 1 dekabr - Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) ilə Mübarizə Gününə həsr olunmuş tədbir keçirilmişdir.

ADU-dan AzərTAc-a bildirmişlər ki, tədbirdə prorektor Ələddin Əliyev universitetdə bu cür tədbirlərin keçirilməsinin ənənə halını almasından, belə görüşlərin tələbələrin sağlam həyat anlayışlarının düzgün istiqamətdə formalaşmasına zəmin yaratmasından danışmışdır.

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin həkimi Dilşad Mahmudova geniş yayılmış müxtəlif mənşəli infeksion xəstəliklərdən biri olan QİÇS barədə ətraflı məlumat vermişdir. Statistik göstəricilərə əsasən, son illər insan sağlamlığı əleyhinə olan zərərli vərdişlərdən istifadə nəticəsində xəstəliklərə yoluxanların sayının artdığı diqqətə çatdırılmışdır. D.Mahmudova əsas məqsədin gəncləri bu cür pis vərdişlərdən uzaqlaşdırmaq olduğunu qeyd etmiş, epidemiyanın yaranma səbəbləri, yoluxma şəraitləri, ondan qorunmağın yolları barədə geniş məlumat vermişdir. O, tələbələrə sağlamlıqlarının qeydinə qalmağı, pis vərdişlərdən uzaq olmağı tövsiyə etmişdir.

Respublika Narkoloji Mərkəzinin narkoloqu Asif Kəngərli, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun mama-ginekoloqu Səidə Məmmədli bu cür tədbirlərin keçirilməsinin gənclərin düzgün istiqamətləndirilməsində mühüm addım olduğunu vurğulamışlar. Hazırda yeni ailə quracaq gənclərimiz üçün ailə paketlərinin hazırlandığı diqqətə çatdırılmışdır.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılmışdır.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov