Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

30 Noyabr 2012 - №47

 

İsmayıllı komandası finala vəsiqə qazandı

 

Ağdaş rayonunda  yeniyetmələrin  "Xəmsə" milli intellektual oyunu üzrə  II Azərbaycan çempionatının zona mərhələsi keçirilib. Tədbir Habil Əliyev  adına Ağdaş Musiqi Məktəbində baş tutub. Mərasimdə "Xəmsə" milli intellektual oyununun əsas məqsədi açıqlanıb. Qeyd olunub ki, oyun  yeniyetmələrin dünyagörüşlərinin artmasına, zehni inkişaflarının stimullaşdırılmasına  xidmət edir. Azərbaycanın zəngin milli mədəniyyətinin və tarixinin təbliği, eləcə də yeniyetmə  və gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində bu tədbir təqdirəlayiqdir.

Sonra yarışlara start verilib. Məktəblilərin zona yarışında Ağdaş, İsmayıllı, Göyçay, Ağsu, Şamaxı, Kürdəmir, Qobustan, Ucar və Zərdabdan olan  16 komanda öz bilik və bacarığını sınayıb. Yarışda İsmayıllı, Ucar və Ağdaş komandaları müvafiq olaraq I, II, III yerləri bölüşüb. İsmayıllı komandası isə  Bakıda keçiriləcək yeniyetmələrin  "Xəmsə" milli intellektual oyunu üzrə  II Azərbaycan çempionatının finalında iştirak etmək hüququ qazanıb. Qeyd edək ki, tədbir Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə  keçirilib.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov