Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

30 Noyabr 2012 - №47

 

Ağdaşda istedadlı rəssamlar üçün ustad dərsləri

 

 Azərbaycan Rəssamlar İttifaqının üzvləri, tanınmış rəssamlar - Mirzəağa Əsgərli, Namiq Qəhrəmanov, Ələsgər Kazımov, Fərhad İsgəndərli, Yaşar Əliyev, İlahə Əliyeva və Ülkər Xaliqova tərəfindən Ağdaş şəhərindəki  Heydər Əliyev Mərkəzində  3 gün ərzində ustad dərsləri və məşğələlər keçirilib. Eyni zamanda tanınmış rəssamların  iştirakı ilə  Ağdaş şəhərindəki Heydər Əliyev parkında  açıq havada təşkil olunan yaradıcılıq  emalatxanasında  gənc rəssamlar kətan üzərinə yağlı boya ilə  müxtəlif  mövzuda  30-a  yaxın rəsm çəkmişlər.  Həmin əsərlər 5 gün ərzində  Heydər Əliyev Mərkəzində  sərgilənəcəkdir. Bakıdan gəlmiş rəssamların 16 əsəri, eləcə də Ağdaşda təşkil edilən  yaradıcılıq emalatxanasında gənclər tərəfindən çəkilən rəsmlər Ağdaş Dövlət Rəsm Qalereyasının fonduna verilib.

Ümumiyyətlə, 2008-ci ildən başlayaraq  Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ölkəmizin regionlarında  tanınmış rəssamlar tərəfindən  gənclər üçün ustad dərsləri təşkil edilir. Belə tədbirlər artıq  Gəncə, Qazax, Şəki və Lənkəranda keçirilib.  

Sifai SƏFƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov